S-400-lər gələn həftə Türkiyəyə gətiriləcək

2019/06/20190-1561613944.jpg
Oxunub: 23335     14:53     05 İyul 2019    
Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi bazar günü təyyarəyə yüklənəcək və gələn həftə Türkiyəyə göndəriləcək.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, komplekslərin quraşdırılması üçün Rusiyadan Türkiyəyə xüsusi texniki komanda gəlib. İyunun 8-də ikinci texniki qrupun da ölkəyə gələcəyi gözlənilir.

Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı dəfələrlə tələb edib. Əks-halda, Vaşinqton Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını istisna etməyib.

Türkiyə azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın hələ 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   Türkiyə   Rusiya  


Bizi "telegram"da izləyin