Aclıq aksiyası keçirən erməni hərbçinin qızı: “Atamı bayıra atdılar, dedilər ki, asfaltda yat”

2019/07/news_-1562051887.jpg
Oxunub: 29354     11:14     02 İyul 2019    
“Müdafiə nazirinin Təhlükəsizlik Xidmətinin rəisi atamın qaldırdığı məsələni həll edəcəyinə söz versə də, sonda onun başına oyun açdılar”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri keçmiş erməni hərbi qulluqçu Mxitar Alumyanın qızı 19 yaşlı Qayane Alumyan deyib.


Onun sözlərinə görə, Ermənistan Müdafiə nazirinin Təhlükəsizlik Xidmətinin rəisi sözün əsl mənasında fırıldaqçıdır.

“Artıq 19 gündür ki, atam aclıq aksiyası edir. Bu gün atam və mən Müdafiə nazirinin Təhlükəsizlik Xidmətinin rəisi ilə görüşdük. O, atamın qaldırdığı məsələni həll edəcəyinə söz vermişdi, lakin sonradan komendantın əmri ilə onu bayıra atdılar, dedilər ki, asfaltda yat. Atam ev istəmişdi, nazir də söz vermişdi ki, verəcək, lakin heç kim məsələni həll etmir”, - deyə 19 yaşlı Alumyan çarəsiz olduğunu bildirib.

O qeyd edib ki, onların ailəsində əlilliyi olan iki uşaq var, anası isə hazırda Almaniyada müalicə alır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz  


Bizi "telegram"da izləyin