Azərbaycan heyəti “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - VİDEO+FOTOLAR

2026/06/587fb-12476769571.jpg
Oxunub: 240     17:45     25 İyun 2026    
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada hərbi qulluqçularımızın iştirakı ilə “Anadolu Qartalı - 2026” beynəlxalq taktiki-uçuş təlimi keçirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri cəlb olunub.

Əvvəlcə iştirakçılara təlimin məqsədi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.

Hərbi pilotlarımız təlimin planına uyğun olaraq mərhələlər üzrə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, təlimin əsas məqsədi iştirakçı ölkələrin HHQ-ləri arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə əməliyyat imkanlarının genişləndirilməsidir.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Anadolu-Qartalı-2026  


Bizi "telegram"da izləyin