SEPAH İsrail qüvvələrinin Livandan tam çıxarılmasını tələb edib

2026/06/1782395375.jpg
Oxunub: 197     17:48     25 İyun 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailə xəbərdarlıq edərək onun qüvvələrinin Livan ərazisindən tamamilə çıxmalı olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qaani sosial şəbəkələrdə paylaşdığı müraciətdə qeyd edib ki, İsrailə qarşı Aşura ruhu və imam Hüseyndən ilham alan imanla mübarizə aparan insanlar eyni əbədi inanca sahibdirlər.

“Qoy sionistlər bilsinlər ki, sizə qarşı dayanan və döyüşənlər eyni əbədi inancı daşıyırlar: “Hər gün Aşuradır, hər torpaq isə Kərbəladır”, - deyə o bildirib.

Qaani əlavə edib ki, sionistlər bütün Livanı tərk etməlidirlər, çünki bu torpaq dözümlülük və müqavimət meydanıdır, işğalçılar üçün oyun sahəsi deyil.

O həmçinin xəbərdarlıq edib ki, əgər İsrail bu gün könüllü şəkildə geri çəkilməsə, sabah alçaldılmış və məğlub vəziyyətdə qaçmağa məcbur olacaq.

“Qüds” Qüvvələrinin komandanı 2000-ci ildə İsrailin Cənubi Livandan çıxmasını və “Hizbullah”ın mərhum lideri Həsən Nəsrullahın Bint Cübeyldə etdiyi tarixi çıxışı da xatırladıb.

“2000-ci ili və şəhid Seyid Həsən Nəsrullahın Bint Cübeyldəki tarixi müraciətini unutmayın. Həmin vəd hələ də qüvvədədir və heç bir şübhə yoxdur ki, eyni səhnə yenidən təkrarlanacaq”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İsrail  


Bizi "telegram"da izləyin