Ermənistan ordusunda itki, yaralanma, qəza və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 23325     10:41     30 İyun 2019    
Ordu.az 2019-ci ilin iyunun 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, korrupsiya və fərarilik faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İyun ayının nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm (3-ü intihar, 2-si təxribata cəhd, 2-si qəza) hadisəsi qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 10 düşmən hərbçisi (5-i döyülmə, 2-si güllələnmə, 1-i qəza, 1-i özünəqəsd, 1-i bıçaqlanma) yaralanıb.

Bununla yanaşı, ən azı 2 fərarilik və 1 korrupsiya faktı da aşklarlanıb.

1 iyun

Ermənistanın Sünik vilayətində baş verən qəzada hərbi qulluqçu ölüb. Saat 01:12 radələrində Gorus-Sisian yolunun 10-cu km-liyində yol nəqliyyat hadisəsi baş verib.

Məlum olub ki, "Qaz-3110" markalı avtomobil yolun hərəkət hissəsindən çıxıb və yaxınlığındakı dərəyə təxminən 30 metrədək yuvarlanıb.

1973-cü il təvəllüdlü, sürücü V.Xaçatryan adlı şəxsin meyiti avtomobilin alt hissəsindən çıxarılıb. Sürücü V. Xaçatryan Ermənistan Müdafiə Nazirliyinin ordu korpuslarından birində müqaviləli hərbi qulluqçu kimi qulluq edib.

*****

Saat 07:30 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edən erməni hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Sipan Serjik Melkonyan məhv edilib.

3 iyun

Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsinin icraatında olan cinayət işinin ilkin istintaqı zamanı müəyyən edilib ki, dövlətə 51.500.000 dram həcmində ziyan vurulub.

Məlum olub ki, 2015-ci ilin oktyabr ayında Ermənistan Müdafiə Nazirliyi birbaşa satış yolu ilə 38 milyon dram müqabilində İrəvan şəhərindəki torpaq sahəsini satıb.

Lakin ilkin istintaqda müəyyən edilən ekspertizalar zamanı müəyyən olunub ki, torpaq sahəsinin satış gününə orta bazar dəyəri 89 milyon 500 min dram təşkil edə bilərdi. Beləliklə, Ermənistan dövlətinə dəymiş ziyan 51 milyon 500 min dram təşkil edir.

13 iyun

Saat 17:05 radələrində, Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində təxribata cəhd edən 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryan məhv edilib.

Məlumata görə, o, hərbi hospitala aparılarkən yolda ölüb.

15 iyun

Saat 11:45 radələrində “N” saylı hərbi hissənin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu sıravi H.Qalstyanın sol göz nahiyəsindən odlu silah yarası alması faktı üzrə 1-ci qarnizon istintaq şöbəsində cinayət işi açılıb və ilkin istintaq tədbirləri davam etdirilir.

Cinayət işinin ilkin istintaqı ərzində Ermənistan CM-nin müvafiq maddəsinə əsasən törətdiyi cinayət əməlində şübhəli bilinən, yaralanan H.Qalstyanın əsgər yoldaşı həbs edilib.

18 iyun

Xankəndi-Əsgəran yolunun 2-ci km-liyində, Armenabad kəndi yaxınlığında qəzaya düşərək ağır yaralanan Araik Balasanyan adlı hərbi qulluqçu hospitala yerləşdirilib.

Məlumata görə, Xankəndi şəhər sakini 1997-ci il təvəllüdlü K.B idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində yolun hərəkət hissəsindən çıxaraq aşıb. Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən sərnişin Xankəndi şəhər sakini 1996-cı il təvəllüdlü V.Q Xankəndi hərbi hospitalına təxliyyə edilib.

Avtoqəza nəticəsində sürücü K.B, sərnişinlər 1994-cü il təvəllüdlü Araik Balasanyan, 1953-cü il təvəllüdlü B.M adlı şəxslərə ilkin tibbi yardım göstərilməklə xəstəxanaya təxliyyə ediliblər.

Həkimlərin səylərinə baxmayaraq, 25 yaşlı müqaviləli erməni hərbi qulluqçu Araik Balasanyan ölüb.

*****

Saat 19:50 radələrində Ararat vilayətinin Qriboyedov küçəsində “Opel Astra” markalı 35 VX 986 nömrəli avtomobil yoldan çıxaraq divara çırpılıb və yolun ortasında qalıb.

Əldə olunan məlumatlara görə, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir və rütbəsi mayordur.

20 iyun

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nəinki əsgərlərin, hətta zabitlərin də xidmət yerindən qaçması adi hala çevrilib.

Döyüş postunda xidmət edən 6-cı dağ-atıcı alayın hərbi qulluqçusu Cavar Hovhanesyan və leytenant Masis Muradyan xidmətdən yayınmaq məqsədilə hərbi hissəni özbaşına tərk ediblər. Hərbçilərin hansı səbəbdən bu addımı atmaları bilinməsə də, onların axtarışı ilə bağlı hərbi polisə məlumat verilib.

Ermənistan hərbi polisinin xüsusi təyinatlı dəstəsinin əməliyyat müvəkkili Nver Kağramanovun hazırladığı məruzədə deyilir ki, adı çəkilən hərbi qulluqçulardan başqa ön xətt bölmələrdə xidmət etməkdən boyun qaçırmaq məqsədilə dəfələrlə fərarilik edən onlarla zabit və əsgər var. Xidmət yerini özbaşına tərk edənlərin valideynlərindən pul alınaraq yüngül cəzalar təyin edildiyindən həmin hərbçilər dəfələrlə bu cür hərəkət ediblər.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə əsgər valideynlərinin ciddi narazılığına səbəb olub. Hərbi hospitalda müalicə olunan bir neçə əsgərin müalicəsi sona çatmadan onların xidmət etdikləri hərbi hissələrə geri göndərildiyi iddia edilir.

Erməni əsgərlər Qaqik Balayan və Sevak Basinyanın valideynləri övladlarının tam müalicə olunmadan hospitaldan çıxarılmalarına cavab olaraq Ermənistan Müdafiə nazirliyinə şikayət məktubu ünvanlayıblar.

Daha bir məlumata görə isə üç erməni hərbçisi hospitala yerləşdirilib.

Belə ki, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin 3 hərbi qulluqçusu eyni gündə hospitala yerləşdirilib.

Müxtəlif bədən xəsarətləri alan erməni əsgərlər Nareq Keropyan, Qavruş Qarapetyan və kiçik çavuş Artur Sarıbekyan xəstəxanaya yerləşdirilib.

Hər 3 əsgərin əslən Ermənistandan olanlarla, Qarabağlı erməni hərbi qulluqçular arasında baş verən kütləvi davada xəsarət aldıqları məlum olub. Baş verən hadisə əsgər valideynlərinin geniş narazılığına səbəb olmasın deyə onları hərbi hissə komandanlığı ilə söhbətə çağırıblar.

26 iyun

Saat 13:20 radələrində, erməni hərbi qulluqçu odlu silah yarası ilə ölümcül vəziyyətdə Armavir tibb mərkəzinə köçürülüb.

Araşdırmalara görə, ölən şəxs Hrazdan şəhər sakini, 19 yaşlı Hayk Alaverdyan olub və o, tabel silahından çənə nahiyəsinə atəş açaraq intihar edib.

Məlumata görə, o, tibb mərkəzinə hərbi poliqondan köçürülüb.

27 iyun

Ermənistan ordusunun hərbi qulluqçusu bıçaqlanıb. Hadisə Aramvir rayonunun Şaumyan kəndində baş verib.

Məlumata görə, Həmkəndlisi ilə mübahisə edən 25 yaşlı hərbçi iyunun 26-dan 27-nə keçən gecə ürək nahiyyəsindən bıçaqlanıb. 5 gənc kəndli hərbçiyə irad tutublar. Bundan sonra onlar arasında mübahisə yaranıb. Onlardan biri hərbçini bıçaqlayıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Ağır yaralanmasına baxmayaraq, həkimlər onun həyatını xilas ediblər.

28 iyun

Ermənistan ordusunda çavuşun güllə yarası almasına görə tabor komandirinə qarşı ittiham irəli sürülüb.

İlkin istintaq məlumatlarına görə, “N” saylı hərbi hissənin Baş leytenant rütbəli tabor komandiri axşam vaxtı döyüş mövqeyinin sığınacağında AKM tipli avtomatı təmizləyərəkən silahla davranış qaydalarını pozub.

Qeyd edilən şəxs silahı boşaltmadan və darağındakı gülləni yoxlamadan onu təmizləməyə başlayıb. Ani ehtiyatsızlıq nəticəsində açılan atəş ikinci mərtəbədə yatmış çavuş rütbəli müqaviləli hərbi qulluqçu Harutyunyana dəyib. Qeyd olunur ki, güllə onun qarın boşluğuna dəyib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəmnində növbəti iki cinayət hadisəsi qeydə alınıb.

İşğalçı ordunun hərbi qulluqçusu Molkon Molkonyan əsgər yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Molkonyan tibb məntəqəsinə yerləşdirilib. İlkin məlumata görə davaya yerlibazlıq səbəb olub.

Haupvaxtda dustaq əsgərlər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alan daha bir hərbi qulluqçu Vrej Poğosyanın da hospitala yerləşdirildiyi məlum olub.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nəinki əsgərlərin, hətta zabitlərin də tez-tez özünə qəsd etməsi nəticəsində ölməsi artıq adi hal alıb və işğalçı ordunun danılmaz reallığıdır.

Rəsmi İrəvan çox vaxt qarabağlı erməni hərbçılərin ölüm hallarını gizlətsə də, Ermənistanlı hərbçilərin ölümlərini müxtəlif yollarla rəsmi olaraq ictimailəşdirməyə məcbur olur.

İşğalçı ölkənin sosial mediasında gizlədilən özünəqəsd, yaxud özünü öldürmə həddinə çatdırılma faktları haqqında ölən hərbi qulluqçuların yaxınları tərəfindən məlumatlar yayılır. Sosial şəbəkələrdə yer alan xəbərlərdən bəlli olur ki, son bir neçə gün ərzində hərbi xidmətdə üzləşdikləri haqsızlıq, təhqir və təzyiqlər səbəbindən Ermənistan ordusunun 4 hərbçisi özünə qəsd edib.

Xəbərdə deyilir ki, kəşfiyyat bölüyünün hərbi qulluqçusu Ardak Lalayan, adı gizlədilən daha iki hərbçi də özünə qəsd edib. Qohumlarının verdiyi xəbərə görə özünü öldürmək istəyən bir zabitin həyatını xilas edə biliblər və o indi hospitaldadır. Onun valideynləri xəsarət alan zabitə lazımi diqqət yetirilməsi müqabilində hadisənin gizli saxlanılmasına razı olublar. Özünü asmaqla həyatına qəsd edən və adı gizlədilən hərb qulluqçu da əslən Qarabağdandır.

Xatırladaq ki, yuxarıda qeyd edilən faktlardan yalnız biri, Ayk Alaverdiyanın təlim mərkəzində özünü öldürməsi xəbəri rəsmi İrəvan tərəfindən ictimailəşdirilib.

30 iyun

Saat 11:50 radələrində, Ermənistanın Tavuş vilayətinin Xaçardzan kənd yolunda həmin kəndin sakinləri olan 28 yaşlı Pavel Budağyanın idarə etdiyi 35 ZP 383 nömrəli “Volkswagen Golf” markalı avtomobillə 48 yaşlı Hovakim Xocayanın idarə etdiyi 42 LL 921 nömrəli “VAZ-2016” markalı avtomobil toqquşub.

Baş vermiş hadisə nəticəsində sürücü Xocayan, onun həmkəndlisi 17 yaşlı S.X və 41 yaşlı Karine Xocayan müxtəlif bədən xəsarətləri alaraq İcevan tibb mərkəzinə yerləşdirilib.

Budağyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir, Xocayan isə Xaçardzan kənd orta məktəbində işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Ölüm   Yaralanma  


Bizi "telegram"da izləyin