Bu barədə bu gün qeyd olunan Silahlı Qüvvələr Günü münasibətilə Gürcüstanın sabiq Müdafiə naziri Dmitri Şaşkinin
Ordu.az-ın redaksiyasına göndərdiyi təbrikdə deyilir.
“Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını və Azərbaycan Ordusunu təbrik etmək istəyirəm. Azərbaycan yalnız Gürcüstanın strateji tərəfdaşı deyil, həm də ölkəmizin dostudur. Ölkələrimizi strateji tərəfdaşlıqdan daha çox dəyərlər birləşdirir.
Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin xüsusi uğurlar əldə etdiyini xüsusi vurğulamaq istərdim. Onlara əvvəlcə sülh arzulayıram, çünki ordu sülhün təminatçısıdır. Dost, qardaş Azərbaycanın Silahlı Qüvvələrini, eləcə də bütün Azərbaycan xalqını bu bayram münasibətilə bir daha təbrik edirəm”, - deyə Şaşkin bildirib.
Ordu.az