Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağ ərazisində formalaşdırılan erməni hərbi birləşməsində kadr dəyişikliyi baş verib.
Məlumata görə, qondarma qurumun rəhbərinin əmri ilə 1 il əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Baş hərbi inspeksiya rəisinin müavini vəzifəsindən azad edilən general Mikayel Arzumanyan Qarabağdakı hərbi birləşmə komandirinin müavini təyin edilib.
Bildirilir ki, Arzumanyan köhnə generallar heyətindən olmaqla hakimiyyətin fikrincə, yeni Ermənistan təsəvvürləri ilə uzlaşmırdı. Bu köhnələrdən kütləvi şəkildə azad olma və təcrübəsindən, peşəkarlığından asılı olmayaraq, yenilərin təyin edilməsi anlamına gəlirdi.
Xatırladaq ki, daha öncə “polis rəisi” vəzifəsinə sabiq hərbi birləşmə komandiri general Levon Mnatsakanyan təyin edilib. Mnatsakanyan qondarma qurum “rəhbəri”nin ən “etibarlı” silahdaşlarından hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az