“Azərbaycan tərəfinin atdığı addım çox güclü və məntiqlidir” - Tarasov

2018/04/23423423423423_1513583115_1523258911.jpg
Oxunub: 2219     15:36     26 İyun 2019    
“İstər-istəməz bəlkə bəzi rayonların azad edilməsində söhbət gedə bilər. Ermənistan tərəfi bu rayonların strateji müdafiəni təmin etdiyini bildirsə də, ATƏT-in Minsk qrupu isə bildirir ki, sülhməramlılar peyda olduqda dərinləşdirilmiş təhlükəsizliyə zərurət aradan qaldırılacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov Vaşinqtonda keçirilən Mnatsakanyan-Məmmədyarov görüşünün nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Mnatsakanyan Vaşinqton görüşündən sonra faktiki olaraq heç bir şey haqqında məlumat verməyib.

“Məmmədyarov uzun illərdir erməni tərəfi ilə danışıqlar aparır, həmçinin gizli diplomatiya həyata keçirir. Erməni tərəfi kimi görüşür, sonra hər hansı bəyanat verir, təkzib edirlər. Məmmədyarov heç vaxt xüsusilə söhbət ATƏT-in Minsk qrupu həmsədrləri haqqında getdiyi halda təxribat səviyyəli fəaliyyətlərə və bəyanatlara əl atmayıb.

Tərəflərdən biri danışıqlar prosesinin detalları haqqında məlumat verdiyi halda Mnatsakanyan Vaşinqton görüşündən sonra erməni jurnalistlərlə görüşərək, uzun uzadı danışsa da, faktiki olaraq heç bir şey haqqında məlumat verməyib. Lakin Məmmədyarov bəyan edib ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi mümkün ola bilər”, - deyə ekspert bildirib.

Onun fikrincə bu yeni bir ideya deyil: “Məlum olduğu kimi Madrid prinsipləri belə bir addımı nəzərdə tutsa da, bunun necə baş verəcəyi sual doğurur. Azərbaycan bu məsələyə qəflətən qayıtmağa qərar verib və bu sənədin təşəbbüskarlığı Azərbaycan tərəfinə keçməkdədir. Lakin bir sıra suallar ortaya çıxır, bu sülhməramlı qüvvələr harada yerləşdiriləcək? Sual yaranır, sülhməramlı qüvvələr mövcud təmas xəttində, yoxsa yeni təmas xətti formalaşdırılaraq orada yerləşdiriləcək?

İstər-istəməz bəlkə bəzi rayonların azad edilməsində söhbət gedə bilər. Ermənistan tərəfi bu rayonların strateji müdafiəni təmin etdiyini bildirsə də, ATƏT-in Minsk qrupu isə bildirir ki, sülhməramlılar peyda olduqda dərinləşdirilmiş təhlükəsizliyə zərurət aradan qaldırılacaq. Ona görə ki, məsuliyyəti artıq sülhməramlılar daşımağa başlayacaqdır”.

O qeyd edib ki, danışıqların səmərəsiz olduğunu dərk edərək, Azərbaycan tərəfi bir tərəfdən riskli, digər tərəfdən təşəbbüsü öz əlinə alma istiqamətində hərəkət edir.

“Sülhməramlılar peyda olduğu halda Dağlıq Qarabağ münaqişəsi başqa xüsusiyyət əldə edir. Ermənistanla “birləşmə” məsələsi tamamilə aradan qalxıb və Qarabağın (qondarma qurum-red.) statusu nəzərdən keçirilir. Bu müvəqqəti status ola bilər.

İstənilən halda bütün bunların nəticəsi olaraq, Qarabağ (qondarma qurum-red.) öz subyektliyini möhkəmləmdirir. Lakin Azərbaycan tərəfinin atdığı addım çox güclü və məntiqlidir. Erməni tərəfi yalnız təkzib etməklə bu oyunu başa vura bilməz.

Təklif edilən oyunu konkret oynamaq lazımdır. Yəni Mnatsakanyan yox, ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təkzib olunması vacibdir. Bu layihəni yenidən gündəmə qaytaran ATƏT-in Minsk qrupu deməlidir ki, Məmmədyarov doğru demir, yalnız təhlükəsizlik tədbirləri müzakirə edilib.

Həmsədrlər bu açıqlamaları təkzib etmirsə, bu o deməkdir ki, Məmmədyarovla həmsədrlərin oyunu, eyni oyundur. Həmsədrlər belə bir bəyanatla çıxış etmirsə, bu o deməkdir ki, ATƏT-in Minsk qrupu təkliflər verib və bu təkliflər mənzərəni dəyişir. Erməni diplomatiyasını qərar qəbul edilmə zərurəti olan bir vəziyyətə salır.

Bir qayda olaraq ATƏT-in Minsk qrupunun bu cür bəyanatları təkzib etməklə çıxış etmədiyini nəzərə alsaq, bu Məmmədyarov tərəfindən fundamental xaraketer daşıyan bəyanatdır. Azərbaycan tərəfi bu cür səmimi çıxış edir və birdəfəlik növbəti görüşə razılıq verir. Diplomatik texnologiyanı izah edir, tərəflərdən hər hansı birinin məğlubiyyətə uğradığını demir”, - deyə Tarasov sözlərinə yekun vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

“Azərbaycan tərəfinin atdığı addım çox güclü və məntiqlidir” - Tarasov

2018/04/23423423423423_1513583115_1523258911.jpg
Oxunub: 2220     15:36     26 İyun 2019    