Moskvadan gözlənilməyən zəng: Ermənistan hakimiyyəti çaşqınlıq içərisindədir

2019/06/putin-1561534933.jpg
Oxunub: 1087     16:43     26 İyun 2019    
Ötən gün AŞPA-dakı nümayəndə heyətinin üzvü iqtidarda olan “Mənim Addımım” fraksiyasının deputatı Ruben Rubinyanın Rusiya nümayəndə heyətinə səs hüququ verilməsi üçün keçirilən səsvermə zamanı əleyhinə səs verdiyi məlum olub.

Əslində AŞPA-nın tarixində ilk dəfə Ermənistan hakimiyyət nümayəndəsi Rusiyanın maraqlarına cavab verən təşəbbüsün əleyhinə səs verir. Şayiələrə əsasən bu Rusiya Federasiyasının səfiri və Ermənistanın ikinci prezidenti Robert Köçəryanın görüşünə cavab addımıdır.

Rusiyadan edilən müvafiq zəng Paşinyan hakimiyyətini “sudan quru” çıxmaq üçün yollar axtarmağa məcbur edib. Təlaşa düşən erməni hakimiyyəti sanki məsələnin həlli yolunu tapıb və bu barədə Rubinyan öz səhifəsində məlumat yayıb.

O, Strasburqda erməni nümayəndə heyəti adından parlament assambleyasına qayıdan Rusiya nümayəndə heyətini və onun rəhbəri Pyotr Talstoyu təbrik edib: “Nümayəndə heyətinin tərkibində olan Leonid Kalaşnikovu görməyə şad oldum. Keçirilən səsvermədə texniki səbəblərdən səsvermə lehinə deyil, əleyhinə qeydə alınıb. Bu barədə AŞPA-nın plenar iclası zamanı əlavə məlumat verdim”.

Xatırladaq ki, Rubinyan qeyd olunan görüşdən sonra böyük səs-küy qaldıraraq, Ermənistan Xarici İşlər Nazirliyini Rusiya Federasiyası səfirinin izahat verməsi üçün nazirliyə çağırılmasına məcbur edib. AŞPA-da səsvermə zamanı Rubinyan ruslara dərs vermək istəsə də, onun sevinci qısa sürüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Moskvadan gözlənilməyən zəng: Ermənistan hakimiyyəti çaşqınlıq içərisindədir

2019/06/putin-1561534933.jpg
Oxunub: 1088     16:43     26 İyun 2019    