"Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Nazir

2019/06/41533-1561450338.jpg
Oxunub: 26258     12:11     25 İyun 2019    
"Monteneqro Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan-Monteneqro biznes forumunda çıxış edən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, Monteneqro və Azərbaycan arasında siyasi tərəfdaşlıq və əməkdaşlıq ən yüksək səviyyədədir.

"Monteneqro Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir", - deyə nazir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin