Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

2019/06/ilham-1561439380.jpg
Oxunub: 731     09:52     25 İyun 2019    
Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ordu.az xəbər verir ki, təltif olunanlar arasında Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçular da var.

Prezidentin sərəncamı ilə polkovnik Məhəmməd Kərim oğlu Həsənov “general-mayor” ali hərbi rütbəsi ilə, polkovnik Ələkbərov Pərviz Ağasalam oğlu “Vətən uğrunda” medalı ilə, polkovnik-leytenant Cumayev Akif Kazım oğlu və polkovnik-leytenant Həziyev Samir Mətləb oğlu “İgidliyə görə” medalı ilə, polkovnik Gülməmmədov Mehman Fərman oğlu və polkovnik-leytenant Ağayev Bəhruz Allahverdi oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Qeyd edək ki, həmin şəxslər Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif ediliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sərəncam   İlham-Əliyev   Naxçıvan  

Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

2019/06/ilham-1561439380.jpg
Oxunub: 732     09:52     25 İyun 2019    