Ordu.az xəbər verir ki, bu barədə erməni ekspert Stepan Danielyan “Facebook” səhifəsində Gürcüstanda baş verən hadisələrə toxunarkən bildirib.
Onun sözlərinə görə, Paşinyanın Rusiya və Çin rəhbərlərinin yanında oturtmaqları Ermənistanda görməzdən gəlinib.
“Yaxın gələcəkdə Gürcüstan vasitəsi ilə Rusiyaya aparan alternativ yolları və Abxaziyadan keçən dəmir yolunun fəaliyyətə başlaması perspektivi ilə sağollaşmaq olar. Bu, Ermənistan baxımından belədir. İndi isə daha böyük oyun haqqında məlumat verim. Niyə Ermənistanın Baş naziri Nikol Paşinyanı aparıb Rusiya və Çin rəhbərlərinin yanında oturtmuşdular? Bu məsələ Ermənistanda səsləndirilmədi.
Başa düşmək lazımdır ki, Ermənistan bu iki ölkə və coğrafi məkan üçbucağının cızılması üçün coğrafi nöqtə olaraq təqdim olunurdu. Ermənistan nümayəndəsi də İran və Gürcüstan kommunikasiya əlaqələrinin yaradılması haqqında danışırdı.
Bundan əvvəl Ermənistanın nümayəndəsi də şəxsiyyətindən asılı olmayaraq, Çində hörmətlə qəbul edilib. Yəqin indi Gürcüstanda nəyin və nə üçün baş verdiyi başadüşüləndir. Kommunikasiyaların yaradılması və ya onların yaradılmasına maneçilik törədilməsi geosiyasi yarışın oyun taxtasının düzülüşündən asılıdır”, - deyə Danielyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az