Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək

2019/06/f8f8a-3121876414.jpg
Oxunub: 3424     13:43     19 İyun 2019    
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransı keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Gürcüstan   Təlim  


Bizi "telegram"da izləyin