Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 19:50 radələrində Ararat vilayətinin Qriboyedov küçəsində “Opel Astra” markalı 35 VX 986 nömrəli avtomobil yoldan çıxaraq divara çırpılıb və yolun ortasında qalıb.
Əldə olunan məlumatlara görə, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir və rütbəsi mayordur.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az