Bu gün qəzaya düşən erməni hərbi qulluqçu ölüb - ƏTRAFLI

2019/06/45645-1560855100.jpg
Oxunub: 14273     14:35     18 İyun 2019    
Bu gün səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu yol qəzasına düşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndi-Əsgəran yolunun 2-ci km-liyində, Armenabad kəndi yaxınlığında qəzaya düşərək ağır yaralanan Araik Balasanyan adlı hərbi qulluqçu hospitala yerləşdirilib.

Məlumata görə, Xankəndi şəhər sakini 1997-ci il təvəllüdlü K.B idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində yolun hərəkət hissəsindən çıxaraq aşıb. Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkən sərnişin Xankəndi şəhər sakini 1996-cı il təvəllüdlü V.Q Xankəndi hərbi hospitalına təxliyyə edilib.

Avtoqəza nəticəsində sürücü K.B, sərnişinlər 1994-cü il təvəllüdlü Araik Balasanyan, 1953-cü il təvəllüdlü B.M adlı şəxslərə ilkin tibbi yardım göstərilməklə xəstəxanaya təxliyyə ediliblər.

Həkimlərin səylərinə baxmayaraq, 25 yaşlı müqaviləli erməni hərbi qulluqçu Araik Balasanyan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni   Qəza  


Bizi "telegram"da izləyin