Sarkisyanın gözə dəyməyən qayıdışı

2019/06/00-70-1560845026.jpg
Oxunub: 580     16:02     18 İyun 2019    
Ermənistanda “Mənim addımım” fraksiyasının “Facebook” səhifəsində “Nikol Paşinyanın Baş nazir vəzifəsini tutmasından razısınızmı?” deyə sorğu keçirilib.

Sorğunun yekun rəyinə əsasən, bəli 46%, xeyr 54% nəticə əldə edilib. Bu rəqəmlər bəlkə də inqilab xülyasından ayılmayanlar üçün təəccüblüdür. Onlar obyektiv gözlərlə reallığa baxmaqdan məhrum olanlardır. Ermənistanda sosialogiya, hətta inqilabdan sonra da, inam kəsb etmir. Lakin konkret rəqəmlər haqqında danışmaq nisbətən çətindir. Bununla yanaşı, Paşinyan və onun komandasının zirvədə olma reytinqini itirməsi aydındır, bunu çılpaq gözlə də görmək mümkündür.

Ən azı erməni cəmiyyətində inam itməkdədir. Bunun əsl səbəbkarı ilk növbədə inqilabçı komandadır. İnsanlar, bir çox hallarda bu komanda daxilində imtina edilən sistemə xas olan əlamətlər görməkdədir. Məsələn, təzyiqə məruz qalanların xatirə günü Ermənistanda dövlət səviyyəsində qeyd edilmədi.

Bu məsələdə Ermənistan hələ də postsovet ölkələrinin alçaldıcı statusunda qalmaqdadır. Bu da inqilabın dəyərlərinin tərkibinin zəif və yaxud hakimiyyətin inqilaba o qədər də sadiq olmadığının göstəricisidir. Yaxud “Mənim addımım” fraskiyasını təmsil edən deputat tərəfindən hakimiyyət nümayəndəsinin ictimai şəkildə təhqir edilməsinə görə, məsuliyyətə cəlb edilməsinə dair qanun layihəsi təqdim edilməsinə nə ad vermək olar?

Qaldırılan hay-küydən sonra “Mənim addımım” fraksiyası bu təşəbbüsdən yan keçib və yaxud müvəqqəti olaraq, təxirə salınıb. Buna baxmayaraq, belə bir layihənin parlamentdə səs çoxluğu təşkil edən fraksiya tərəfindən ortaya atılması faktı, daxili müzakirələrin və mühitin necə olduğunu ortaya qoyur.

Paşinyan komandası islahatlar həyata keçirilməsindən yorulub və güclü əl təhlükəsi məsələsi geri qayıtmaqdadır. Ermənistanda aftoritar idarəetmə sisteminin bərpası izləri hiss edilməkdədir. Vilayət rəhbərlərinin özlərini “raykom katibləri” statusunda aparmaları təsadüfi deyil. Həmin vilayət rəhbərləri xalqın seçiminə qiymət verməyə, yaxud vilayət rəhbərinin istefasını tələb edən vətəndaşın evinə polis göndərməyə başlayıblar. Bir il əvvəl minlərlə insan “Serji inkar etmək” məqsədi ilə addım atdı. Bu, şərti Serj aftoritar idarəetmə sistemi idi. Hazırda bunun bərpasına cəhd göstərilir.

Faktiki olaraq, Sarkisyan geri dönür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sarkisyan  

Sarkisyanın gözə dəyməyən qayıdışı

2019/06/00-70-1560845026.jpg
Oxunub: 581     16:02     18 İyun 2019    