“Sarsılmaz qardaşlıq-2019” döyüş atışlı taktiki təlimi davam edir - VİDEO
Oxunub: 15617
21:32
08 İyun 2019
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, təlimin planına uyğun olaraq səhra şəraitində açılmış komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə qoşunların fasiləsiz idarə olunması praktiki həyata keçirilir.
Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.