H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ziyarət olunub - FOTOLAR
Oxunub: 23990
15:35
08 İyun 2019
Silahlı Qüvvələrin Hərbi Akademiyasının stateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun rəhbər heyəti və dinləyiciləri H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, qonaqlara məktəbin ümumi fəaliyyətinə dair geniş brifinq təqdim edilib, onlar məktəbin maddi-texniki təminat, silah və atış, eləcə də digər kafedralarda olan maddi-texniki baza ilə yaxından tanış olub və atıcı silahlardan praktiki atışlar icra ediblər.