Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə Ermənistan hüquq mühafizə sistemlərində Xüsusi İstintaq Xidmətinin ləğv edilmə ehtimalı müzakirə olunur.
Xüsusilə korrupsiya əleyhinə orqanın yaradılması və Xüsusi İstintaq Xidmətinin ləğv edilməsi versiyaları irəli sürülüb. Belə bir vəziyyətdə korrupsiyanın geniş bir sahə olmasını nəzərə alaraq, korrupsiya fəaliyyətlərinin necə nizama salınacağı maraq doğurur.
Bundan əlavə hüquq mühafizə sistemində dolaşan məlumatlara görə, qeyd edilən orqanın yaradılmasından sonra Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan vəzifəsindən azad edilə bilər. Məlumata görə, o, bundan sonra rəhbər olmayacağını bildirib.
Ermənistan Xüsusi İstintaq Xidməti yayılan məlumatları təkzib edib.
Alpər Mövludoğlu
Ordu.az