Ordu.az “Jamanak”a istinadən xəbər verir ki, Ermənistan hökuməti inzibati hüquq pozuntuları haqqında qanun layihəsində dəyişikliklər edilməsinə hazırlaşır.
Nəzərdə tutulan dəyişikliyə əsasən, ehtiyatda olan və hərbi mükəlləfiyətli hesab edilən şəxslər hərbi komissarlıqdan bildiriş aldıqdan sonra hərbi təlim yerlərinə gəlmədikdə 30.000 dram həcmində cərimə ediləcəklər.
Həmin hərəkətə ikinci dəfə yol verildikdə isə cərimənin həcmi 50.000 dram olacaq.
Alpər Mövludoğlu
Ordu.az