Ordu.az xəbər verir ki, bu sözləri Respublikaçılar partiyasının sədr müavini, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının keçmiş sədri Armen Aşotyan jurnalistlərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, konstitusiya çərçivəsində Ermənistan qanunvericiliyi əsasında Paşinyana verilən səlahiyyətlərlə onun kifayətlənmədiyi aydın şəkildə görünür.
“Hökumət ölkə qarşısında duran problemlərlə uyğun gəlmir. Demək olar ki, hər həftə Ermənistan və Qarabağ ətrafında onsuz da qeyri-sabit olan təhlükəsizlik mühitini daha da dərinləşir. Konstitusiya çərçivəsində Ermənistan qanunvericiliyi əsasında Paşinyana verilən səlahiyyətlərlə onun kifayətlənmədiyi aydın şəkildə görünür. Onun parlamenti işğal etdikdən və Baş nazir olduqdan sonra müqavimət göstərən ocaqlara daim təzyiqlər göstərməsi təsadüfi hal deyil.
Bu mövzuda siyahını, məhkəmə hakimiyyətindən başlayaraq, İrəvan Dövlət Universitetini və Abovyanı xatırlatmaqla davam edə bilərəm. Hakimiyyətdə malik olmadığım heç bir mühiti qəbul etmək istəmirəm. Bu barədə əvvəldə xəbərdar etmişəm”.
Aşotyan qeyd edib ki, hakimiyyətin ağıllı və şüurlu üzvləri Paşinyanın dözülməz bəyanatlarının altından çıxmağa yollar axtarırlar.
“O cümlədən onun Ermənistan və Qarabağda xəyanətkarların olması barədə bəyanatlarına açıqlamalar verməyə çalışırlar. Paşinyanın əlində girova çevrilən top üçlük Müdafiə naziri Davit Tonoyan, Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyandır. Bu insanlar hər dəfə Paşinyanın növbəti uğursuz bəyanatlarını malalamağa və yağlamağa məcburdurlar”, - deyə Aşotyan vurğulayıb.
Alpər Mövluoğlu
Ordu.az