Ermənistanda dövlət qurumları bir-birinə girib: Paşinyan orduda baş verənləri nə ilə ört-basdır etmək istəyir?

2019/06/5765_-1559910132.jpg
Oxunub: 2266     12:20     08 İyun 2019    
“Müdafiə Nazirliyində eyni tərkib qaldığına görə, bu istintaqın necə həyata keçiriləcəyi və həqiqətin necə üzə çıxacağı başqa bir haldır”.

Ordu.az xəbər verir ki, çərşənbə axşamı günü Ermənistan parlamentində aprel döyüşləri ilə bağlı istintaq komissiyası öz işinə başlayıb.

İstintaq komissiyasının səlahiyyətlərini Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası yerinə yetirir. İstintaq komissiyasının fəaliyyətinə daimi komissiyanın sədri “Mənim addımım” fraksiyasının deputatı, Ermənistan Müdafiə nazirinin sabiq müavini Andranik Köçəryan rəhbərlik edir.

“Mənim addımım” fraksiyasnın deputatı Lilik Makunts bildirib ki, komissiyanın iclasları əsasən qapalı keçiriləcək, komissiyanın fəaliyyətinin hansı hissəsinin nə dərəcədə ictimailəşdiriləcəyinə komissiya özü qərar verəcək.

Erməni KİV-ləri aprel döyüşləri dönəmində Ermənistan Müdafiə naziri olan Seyran Ohanyanla bu barədə söhbət edərək, komissiyanın fəaliyyətindən hansı gözləntilərinin olduğunu və hər hansı şəxsə qarşı yönələ biləcəyindən ehtiyatlanırmı deyə, müraciət edib.

Seyran Ohanyan cavabında bildirib ki, yalnız Müdafiə Nazirliyində dərin təhlil olduğunu deyə bilər. O bildirib ki, rəhbərlik etdiyi dönəmdə bu təhlili həyata keçirib. Əgər keçirməsəydi, axmaq olardı. Ohanyanın fikrincə bu fəaliyyət Müdafiə Nazirliyində və məxfi həyata keçirilməlidir. Bunu komissiya üzvlərinin özləri etməlidir.

“Bu komissiyada kimlərdir, çoxları orduda xidmət etməyənlərdir? Müdafiə Nazirliyində eyni tərkib qaldığına görə, bu istintaqın necə həyata keçiriləcəyi və həqiqətin necə üzə çıxacağı başqa bir haldır”, - deyə o qeyd edib.

Ermənistan Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Artsun Hovhannisyan bildirib ki, istintaq araşdırması qapalı olacaq. Hadisələrin açıq təhlili isə Müdafiə Nazirliyinin jurnalında dərc edilib. Bir müddət əvvəl Ohanyanın verdiyi müsahibəsində Azərbaycanın hücum edəcəyi barədə kəşfiyyat məlumatı verilibmi, deyə sualına cavabında, konkret hansı günlərdə hücum olacağı barədə deyə bilməyəcəyini lakin, hazırlıq barədə məhz işğal altında olan Qarabağdakı erməni ordusundan kəşfiyyat məlumatı əldə edildiyini bildirib.

Müdafiə nazirinin sabiq müavini Qaqik Melkonyan isə hesab edir ki, hətta orduda xidmət etməyən deputatlar belə bir çox şeyləri aşkar edə bilərlər. Bu komissiya hadisələrdə birbaşa iştirak edən insanları dinləyəcək. Bunun xidmət edib etməməklə heç bir əlaqəsi yoxdur. Texnikada yanacaq olmamasının araşdırılması xidmət etməyi tələb etmir.

Ermənistan Müdafiə nazirinin sabiq müavinin fikrincə, aprel döyüşləri ilə bağlı qaranlıq məqamlar var, bunların üstü açılmalıdır. Məsələn, qarşı tərəfin texnika cəmləşdirməsini kəşfiyyat vaxtında aşkar edib ya yox və ya bu cəmləşmənin qarşısı niyə alınmayıb, erməni tərəf niyə tədbir görməyib? Yaxud hansı tədbirlərin görüldüyü müəyyən edilməlidir?

Onun sözlərinə görə, rabitə idarəsinin rəisi Komitas Muradyan həmin dövrdə xidmətdə yox, hospitalda olub. O, tutduğu vəzifədən azad edilib. Kəşfiyyat rəisi Karapetyan, qoşun cəmləşməsi haqqında məruzə edib. Onu da vəzifəsindən uzaqlaşdırıblar. Lakin iş başında olan məsul şəxslər heç biri məsuliyyətə cəlb edilməyib. Buna görə də, komissiya elə fəaliyyət göstərməlidir ki, hər kəs öz cəzasını alsın. Günahsızlar vəzifədən azad edilməsin.

Məlum olduğu kimi, aprel döyüşlərində erməni tərəfi yüzlərlə hərbi qulluqçu itirib. O cümlədən Lələtəpə, Talış yüksəkliyi daxil olmaqla hektarlarla ərazi azad edilib.

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan istintaq komissiyası ilə bağlı olaraq, “faktor.am” saytına verdiyi müsahibəsində bildirib ki, yeni məqamlar ortaya çıxacaq və bu halda ciddi qərarlar qəbul ediləcək.

Onun sözlərinə görə, ictimaiyyət arasında ortaya çıxan sualların cavabları tapılmalıdır. O, “1 Mart” işi üzrə fakt toplama komissiyasının fəaliyyətində olduğu kimi ciddi iş aparılacağını qeyd edib.

Hələ aprelin 2-də Yerablur pansionatında jurnalistlərin suallarına cavab olaraq Köçəryan bildirib ki, rəqibin aprel döyüşlərini başlama imkanlarını necə əldə etdiyinə dərk etmək üçün dərin araşdırma aparılmalıdır: “Paşinyan aprel döyüşləri haqqında çoxsaylı sənədlər nəzərdən keçirib, xüsusilə kəşfiyyat tərəfindən verilən məlumatlara diqqət yetirib. Aprel döyüşlərinə nə dərəcədə hazır olduqlarını dərk etmək və hazır olduqları halda buna necə yol verildiyini müəyyənləşdirmək lazımdır”.

Aprel döyüşlərindən 1 il sonra Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi hesabat təqdim edib. Hesabata əsasən 2016-cı ilin aprel döyüşləri ilə bağlı olaraq, kəşfiyyat məlumatlarına sahibolma baxımından Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyanın məlumatları arasında ziddiyətlər olub. Digər tərəfdən Baş Qərargah rəisi Yuri Xaçaturovun davranışı da qəribə idi. Doğurdanmı aprel döyüşlərindən sonra Ohanyan və Xaçaturovun istefa verməsinə bunlar səbəb olub?...

Bu istefalar barədə də ictimaiyyət ətraflı məlumat əldə edə bilmədi. Hesabatda göstərilən məlumatlara əsasən aprel döyüşləri ərzində aşkar edilən korrupsiyalarla bağlı layiqincə istintaq aparılmayıb. Ermənistan ordusunda gedən istefalar haqqında ictimaiyyətə heç bir əsaslandırılmış məlumat verilmədi. Heç bir məsul vəzifəli şəxs də hərbi qulluqçuların ölümü və onların cinayət əməllərinə, fəaliyyətsizliyinə görə məsuliyyətə cəlb edilmədi.

Məsələn, ölən polkovnik leytenant Aleksandr Arakelyanın atası Gevorq Arakelyan iddia edir ki, 2016-cı ilin aprel ayında döyüşlər zamanı tankların yanacaq çənində dizel yanacağı əvəzinə su aşkarlanıb. Həmçinin tankların enerji batareyalarının çatışmazlığı da baş verib.

Buna görə də, texnika vaxtında döyüş bölgəsinə yetişə bilməyib. 2016-cı il 17 noyabrda hesabat açıqlanana qədər Ermənistan Müdafiə naziri və onun mətbuat katibi tərəfindən qeyd edilən məlumatlar qeyri-dəqiq, yaxud həlak olmuş hərbi qulluqçuların valideynlərinin hissiyatları ilə oynamaq kimi qiymətlənidirilib.

Qeyd edilən problemlərə növbəti dəfə məsələyə 2017-ci ilin aprel ayında parlamentdə toxunulub. Həmin dövrdə Ermənistanın Baş naziri Karen Karapetyan mart ayının 2-də parlamentdə hökumətin sorğu-sualı zamanı bəyan edib ki, soba yanacağının kerosinlə qarışdırılması nəticəsində bazarda keyfiyyətsiz neft məhsullarının olduğuna şahid olurlar. O bildirib ki, aprel hadisələri zamanı hərbi texnikanın məhz bu səbəbdən işləmədiyinə şahidlik ediblər.

O dövrdə 2017-ci il martın 3-də Ohanyan Karapetyanın bəyanatına reaksiya verərək bəyan edib ki, orduya verilən yanacağa kerosini Ermənistana neft məhsulları idxal edən Barseğ Beqloryan qarışdırır. Onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Ohanyan bildirib ki, əgər yanacaq məsələsini onun üzərinə atmağa cəhd edərlərsə, bütün günahkarların adlarını açıqlayacaq.

2017-ci il martın 17-də Ermənistan Baş Prokurorluğu məlumat yayaraq, 2016-cı ilin aprel döyüşləri ərzində yanacaqla bağlı problemlər ucbatından xüsusi döyüş texnikasının sıradan çıxması və vaxtında tapşırıqların yerinə yetirilməsinin iflasa uğraması halları qeydə alınmayıb. İstənilən halda dizel yanacağı ilə bağlı bir neçə cinayət işləri açılıb.

2016- cı ilin aprel döyüşlərindən qısa müddət sonra aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın əmri ilə Müdafiə Nazirliyinin 3 yüksək vəzifəli məmuru tutduqları vəzifələrdən azad edildilər. Tutduqları vəzifələrdən azad edilən şəxslər Müdafiə nazirinin müavini - maddi texniki təminat departamentinin rəisi Alek Mirzabekyan, Silahlı Qüvvələrin rabitə qoşunları rəisi - rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi general mayor Komitas Muradyan, Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi general mayor Arşak Karapetyan olub.

HVAVO-nun hesabatına əsasən, 2016-cı il mayın 18-də Ermənistanda hakimiyyətdən sui istifadə etməsinə görə, Silahlı Qüvvələrin silahlandırma idarəsinin avtomobil xidməti rəisi polkovnik Davit Abrahamyana qarşı ittiham irəli sürülüb. Abrahamyan ona qarşı irəli sürülən ittihamda özünü tam günahkar hesab edərək ifadə verib və Ermənistan Müdafiə Nazirliyinə dəymiş ziyanı tam ödəyib.

2016-cı il mayın 26-da silahlandırma rəisi vəzifəsindən general mayor Melsik Çilinqaryan azad edilib. 1 həftə sonra məlum olub ki, general mayor Çilinqaryan, polkovnik Armer Marqaryan və polkovnik Mher Papyan həbs ediliblər.

Ermənistan istintaq komitəsinin 2016-cı il iyunun 3-də yaydığı məlumatına əsasən əldə edilmiş sübutlara uyğun olaraq, general mayor Melsik Çilinqaryana, polkovnik Armer Marqaryana və polkovnik M. Papyana qarşı 2 iyun tarixində CM-nin müvafiq maddələrinə əsasən ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Aprel-döyüşləri   İstintaq  

Ermənistanda dövlət qurumları bir-birinə girib: Paşinyan orduda baş verənləri nə ilə ört-basdır etmək istəyir?

2019/06/5765_-1559910132.jpg
Oxunub: 2267     12:20     08 İyun 2019    