Ermənistan MTX rəisi və Müdafiə naziri təhlükəli xarabalıqları ört-basdır edir

2019/06/Untit-1559903066.jpg
Oxunub: 619     20:23     10 İyun 2019    
“Hökumətin vəzifəli şəxslərinin reytinqini nümayiş etdirən sosial sorğu nəticələri elan edildikdən sonra bu siyahıya Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan və Müdafiə naziri Davit Tonoyan başçılıq edirdi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “1in.am” saytı yazıb.

Saytın məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu güc strukturları rəhbərlərinin yüksək reytinqini ağır həzm edib.

“Əlbəttə, Paşinyanın bunu necə həzm etdiyini ölçmək mümkün deyil. Paşinyanın həmin sorğuya əsasən nüfuzu 80% idi. Lakin Baş nazirin yüksək reytinqinin açıqlanmasından sonra hökumətin digər üzvlərinin xüsusilə də güc strukturlarının rəhbərlərinin yüksək reytinqinin açıqlanması şübhəsiz ki, hakimiyyət daxilində baş verən siyasi proseslər kontekstində ictimaiyyət üçün maraqlı mesaj olub.

Məsələ burasındadır ki, Ermənistan hakimiyyəti öz funksional və siyasi vahidliyi ilə hələ formalaşma mərhələsindədir. Bununla bərabər siyasi sistem də embrion mərhələsindədir və belə olan halda təbii ki, güc strukturları rəhbərlərinin reytinqi yalnız yüksəlmir, eyni zamanda zərurətə çevrilir.

Ona görə ki, dövlətçiliyin və siyasi sabitliyin mühafizəsi, qorunması praktiki olaraq bu qurumların üzərinə düşür. Bu, hər hansı ölkə üçün yaxşı gününə görə xarakterik hal deyil. Çünki güc strukturlarının ciddi, konkret funksiyaları var. Siyasi sabitlik, dövlətçiliyin sabitliyi ümumiyyətlə bu funksiyalara daxil deyil.

Lakin bu sabitlik üçün vacib olan ictimai siyasi insitutlar və siyasi sistem məhv edilib. Hazırda inqilab öz qalibiyyətindən sonra “xarabalıqlar üzərində” şahlıq edir. Bu vəziyyət nəinki təhlükəli, faciəli ola bilər.

Başqa sözlə desək, açıqlanan sosial sorğunun nəticələri onu göstərir ki, hazırda inqilabdan sonrakı keçid mərhələsindəki vəziyyət ən azı sağlamlaşdırma zərurəti səviyyəsindədir. MTX rəisi və Müdafiə naziri faktiki olaraq, öz rolları ilə xarabalıqları əhatə edirlər. Əlbəttə bu, öz növbəsində riskləri, o cümlədən Paşinyan üçün təhlükələri əhatə edir.

Ona görə ki, güc amilləri vəziyyət insitutlaşdırılması prosesi perspektivinə öz təsirini göstərə bilər. Bu xüsusilə MTX ilə bağlı böyük bir problemdir. Ona görə ki, Müdafiə naziri vəzifəsinin mülki vəzifə olması, siyasi fiqur olması, onun siyasi proseslərdə mövqe tutması və maraqlanmasını başa düşmək olar. Lakin bu proseslərə ordunu cəlb etməməlidir. Müdafiə nazirindən fərqli olaraq, MTX rəisi mülki vəzifə deyil.

Təbii ki, bu vəziyyətdə də Silahlı Qüvvələrin Baş Qərargah rəisindən başlayaraq, parlamentə qədər balanslaşdırma mexanizmi öz rolunu oynamalıdır. MTX-yə gəldikdə isə siyasi proseslərdə bu qurumun rəhbərinin siyasi maraqları və mövqe tutması istisna edilməlidir. Əks halda həm bu qurumun fəaliyyətinə, həm də siyasi sistemin formalaşması prosesinin effektivliyinə zərbə dəyəcək.

Bu Artur Vanetsyan üçün də kifayət qədər kəskin addımdır. O, hazırda ictimaiyyətin qəhrəmanlarından biri olma statusundan, ictimaiyyətin anti-qəhrəman statusuna keçə bilər. Əlbəttə ki, bu, onun öz funksiyalarını siyasi baxımdan hər hansı maraqlara qurban verdiyi halda mümkün ola bilər”, - deyə sayt qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Ermənistan MTX rəisi və Müdafiə naziri təhlükəli xarabalıqları ört-basdır edir

2019/06/Untit-1559903066.jpg
Oxunub: 622     20:23     10 İyun 2019    