“GalaTV”: Erməni general Paşinyanın qurbanına çevrilib

2019/06/768-1559897421.jpg
Oxunub: 851     12:12     10 İyun 2019    
“Çörək gətirən ictimaiyyət üçün qəhrəmandır. Ancaq general əks qəhrəmandır. Budur, burada artıq demokratik dəyərlər insan hüquqları ayrı-seçkilik və s unudulur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “GalaTV” saytı yazıb.

Sayt 2016-cı ildə aclıq aksiyası zamanı Sarkisyan hakimiyyətinin qurbanına çevrilmiş Artur Sarkisyanla erməni general Manvel Qriqoryanı müqayisə edib və aqibətlərinin eyni olacağını vurğulayıb.

“2016-cı ildə Qarabağ döyüşlərinin iştirakçısı, Ermənistanda çörək gətirən kimi tanınan, Artur Sarkisyan həbs edildi. Həmin il çörək gətirənin həbsi barədə qərar dəyişdi və o azad edildi. Onun azad edilməsinə səbəb səhhətindəki problemlər oldu. 2017-ci ildə hansısa səbəblərə görə, onu yenidən həbs etdilər və bu həbs onun ölümünə səbəb oldu.

2018-ci ildə eyni qaydada Qarabağ müharibəsi iştirakçısı general Manvel Qriqoryan həbs edildi. Həmin il generalın həbsi barədə qərar dəyişdirildi və girov müqabilində azad edildi.

2019-cu ildə hansısa səbəblərə görə, onu yenidən həbs etdilər və bu həbs generalın....

P.S Bəli, ittihamlar müxtəlifdir. Çörək gətirən ictimaiyyət üçün qəhrəmandır. Ancaq general əks qəhrəmandır. Budur, burada artıq demokratik dəyərlər insan hüquqları ayrı-seçkilik və s unudulur.

Birinci şəxs keçmiş Ermənistanın qurbanı, ikinci şəxs isə yeni Ermənistanın qurbanıdır”, - deyə sayt qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Menvel-Qriqoryan   Ölüm  

“GalaTV”: Erməni general Paşinyanın qurbanına çevrilib

2019/06/768-1559897421.jpg
Oxunub: 852     12:12     10 İyun 2019    