Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 23-də saat 09:30 radələrində Ermənistanın Ararat vilayətində baş verən yol qəzasında yaralanmış 66 yaşlı Serjik Arzumanyan mayın 24-də müalicə aldığı tibb mərkəzində ölüb.
“Mercedes” marakalı avtomobili idarə edən 23 yaşlı Tadevos Nahapetyan, “Hyundai Azera” markalı avtomobili isə idarə edən Rusiya vətəndaşı 46 yaşlı Cəmaləddin Mutayev olub.
Qəza nəticəsində sürücü T. Nahapetyan və onun 1 nəfər sərnişini, həmçinin Rusiya vətəndaşı Mutayev və onun 2 nəfər sərnişini Ararat xəstəxanasına aparılıb.
Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, erməni KİV-lərinin xəbərinə görə “Mercedes” marakalı avtomobilin sürücüsü 23 yaşlı Tadevos Nahapetyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az