Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Ara Hakobyan, Robert Köçəryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı öz mövqeyini hüquqi yox, siyasi baxımdan şərh edəkən deyib.
Onun sözlərinə görə, Ermənistanda Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı müxtəlif hadisələri xatırlayır.
“Bu proseslərin nəticəsində itkilər verdikləri, ordunun cəlb edilməsi haqqında danışırlar, lakin bu prosesin baş verməsində iki tərəfin olduğunu dərk etmək vacibdir. Hər iki tərəf bu və ya digər şəkildə güc strukturlarını cəlb etməyə cəhd göstərib. Məsələn, müxalifət nazir müavinlərini cəlb etməyə çalışıb. Müxalifət Azadlıq meydanında bəyanat yayaraq qeyd edib ki, Müdafiə nazirinin müavinləri prosesə cəlb edilib və birmənalı şəkildə müxalifətin namizədini dəstəkləyirlər.
Müxalifət lideri iddia edib ki, o, seçkilərdə qalib gəlib. Bu halda digər namizədlər Bağdasaryanın və ya Daşnaksütunun namizədinin timsalında az səs toplamalı idilər. Lakin reallıq bunu əks etdirmirdi”, - deyə Hakopyan bildirib.
O hesab edir ki, Köçəryanla bağlı icraatda olan məhkəmə prosesinə “1Mart” hadisələri üzrə cinayət işi adının verilməsi, o qədər doğru hal deyil: “Bu cinayət işini sadəcə Köçəryanın işi üzrə cinayət prosesi hesab edirəm. Faktiki olaraq, Köçəryanın bu məsələdə nə dərəcdə qanuni hərəkət etdiyini müəyyən etmək üzrə məhkəmə istintaq prosesi keçirilir. Hesab edirəm ki, məhkəmə ədalətli qərar verəcək. Hakimiyyətin iki qolu “Mənim Adımım” partiyasının əlində cəmləşib. Məhkəmə hakimiyyət sisteminin hakim partiyanın nəzarətində olmadığını qeyd edib. Hakim partiya məhkəmə sistemini əks inqilabi tərəf hesab edərək, ona təzyiq göstərir, bu yolverilməzdir”.
Hakobyan qeyd edir ki, ümumi dövlət sistemi, o cümlədən məhkəmə sistemi xəstə vəziyyətindədir.
“Köklü dəyişikliklərin, islahatların aparılmasına zərurət var, Daxili qeyri-sabitlik müharibənin bərpası riskini artırır”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az