Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, keçən həftə iş yerində Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın səhhəti kəskin pisləşib.
“Ermənistan XİN-in əməkdaşları təcili tibbi yardım çağırmağa məcbur olublar. Nazirliyə gələn həkimlər zəruri tibbi yardım göstəriblər. Məlum olub ki, onun qan təzyiqi kəskin qalxıb. Vəziyyəti kəskin pisləşmədən öncə öz təşəbbüsü ilə Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında kifayət qədər ağır telefon danışığı baş tutub. Telefon danışığının məzmunu barədə indiki məqamda başqa hər hansı bir detallar verə bilmərik, lakin aydındır ki, telefon danışığı nazir üçün yaxşı alınmayıb”, - deyə erməni KİV-ləri yazıb.
Alpər Mövludoğlu
Ordu.az