“Qanunvericilik və konstitusiya səviyyəsində dövlət işğal olunub” - Sakunts

2019/05/artur-1558768114.jpg
Oxunub: 24489     10:53     25 May 2019    
“Ermənistan hakimiyyəti insanlara qarşı törədilən cinayətlər üçün məsuliyyət daşınmayanadək cəzasızlıq hökm sürəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Artur Sakunts Ermənistan parlamentində keçirilən keçid ədaləti haqqında dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, hər 3 prezident dönəmində qanunsuzluqlar olub.

“Ermənistanda siyasi təqiblərin olacağı ədalətsizlik yaxud, dövlətin işğal edilməsi dönəmi olan 4-cü hakimiyyət olmamalıdır. Bunun üçün bütün şərtlər mövcuddur. İnsanlar siyasi baxışlarına görə, təqib edilməməlidir. İnsanlar mülkiyyətindən məhrum edilməməli, yaxud siyasi baxışlarına görə, öz əmlakından məhrum ediləcəyi ilə təhdid edilməməlidir. İnsanlara işgəncə verilməməli, qətlə yetirilməməlidir. Ölkədə cəzasızlıq hökm sürməməlidir. Cəzasızlıq davamlı olaraq, sistemli şəkildə siyasi baxışlarına görə mövcud olub”, - deyə Sakunts bildirib.

O qeyd edib ki, attestasiya və ya qiymətləndirmə mexanizmləri bu şəraitdə cəmi bir sahədə mövcud olacaq və bu sahə ehtimal olunan nəticələri verməyəcək.

“Keçid ədalətinin doğurdan lazım olub-olmaması bax budur. Avtoritar cəzasızlıq sistemi olan idarəetmə üsulundan etibarlı dövlətə keçid etmək üçün, etibarlı orqanlar yaradılmalıdır. Artıq ilk orqan parlament, hökumət var. Yalnız ədalətli olmaq qalır. Attestasiya və ya qiymətləndirmə mexanizmləri bu şəraitdə cəmi bir sahədə mövcud olacaq və bu sahə ehtimal olunan nəticələri verməyəcək. Buna görə də, qarşılıqlı etimad mühitinin formalaşdırılması vacibdir. Cəzasızlıq davam edəcək. İnsanlara qarşı törədilən cinayətlər üçün məsuliyyət daşınmayanadək cəzasızlıq höküm sürəcək. Neçə ki, insanlar alçaldılmasına və işgəncə verilməsinə görə kompensasiya ilə təmin edilməyibsə, cəzasızlıq mövcud olacaq.
Qanunsuz zənginləşmə yolları ilə əldə edilən resurslar insanların əlində qalanadək və bu vəsait həmin insanlar tərəfindən istənilən vaxt demokratik dövlətin qurulmasına qarşı istifadə edilə biləcək kapital olaraq qalmaqda davam edərsə, etibarlı güvənli dövlət yaratmaq mümkün olmayacaq”, - deyə hüquq müdafiəçisi Ermənistanda günü-gündən artan böhranı təsvir edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Anarxiya   Diktatura   İşğal  


Bizi "telegram"da izləyin