Silahlı Qüvvələrin Baş Klinik Hospitalında təlim kursu keçirilib - VİDEO - FOTOLAR

2019/05/ab58f-10911010628.jpg
Oxunub: 16822     18:14     24 May 2019    
Mayın 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi - nəzəriyyə və praktika” adlı təlim kursu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata göeə, əvvəlcə hospitalın ərazisində ümummilli liderimiz Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub və xatirəsi ehtiramla anılıb. Dövlət himni ifa edildikdən sonra Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi, tibb xidməti polkovniki Tofiq Tağıyev çıxış edərək endoskopik burun əməliyyatı barədə geniş məlumat verərək cərrahi üsulların əsas məqamlarını izah edib.


Təlimə otuza yaxın iştirakçı cəlb olunub. Təlimçi-həkimlər burun və burunətrafı ciblərin anatomiyası, fiziologiyası, əməliyyata göstəriş olan patologiyaları, radiodiaqnostikası haqqında ətraflı məlumat veriblər.

Otolarinqologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Elnur Əkbərovun xroniki polipoz polisinusitli pasiyentin üzərində reallaşdırdığı əməliyyatı iştirakçılar canlı videobağlantı vasitəsilə izləyiblər. Təlim diskusiya formatında davam edib.

Kursun sonunda iştirakçılara sertifikatlar verilib.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Kurs  


Bizi "telegram"da izləyin