Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, 102-ci hərbi baza qış tədris mərhələsində 80-dək atış məşğələləri keçirilib. Bazanın pilotları MiQ-29 qırıcıları, Mi-8 MTŞ və Mi-24 P helikopterləri ilə 500-dək uçuş keçirməklə 2000 saat uçuş həyata keçiriblər.
Bazanın praktiki məşğələləri 2018-ci ilin eyni dövrü ilə müqayisədə 10% artıb. Cari il ərzində təlimlərin və praktiki məşğələlərin 10% artacağı barədə Rusiya Müdafiə Nazirliyi öncədən məlumat verib.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qüvvələri Rusiyanın Qafqaz bölgəsində və Krım ərazisində yerləşib. Dairənin tərkibinə həmçinin Ermənistandakı, Cənubi və Şimali Osesiyadakı, o cümlədən Abxaziyada dislokasiya olunan rus hərbi bazaları daxildir.
Alpər Mövludoğlu
Ordu.az