Milli Məclisin birinci vitse-spikeri: “Münaqişənin hərbi yolla həlli gündəlikdən çıxmayıb”

2019/05/5bc09-1558699712.jpg
Oxunub: 17770     15:55     24 May 2019    
“Müharibə variantı o vaxta kimi qüvvədə olacaq ki, ermənilər torpaqlarımızdan rədd olub getməyəcəklər”.

Ordu.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Azərbaycan indiyə qədər bu addımı atmayıbsa, bu, bir daha sülhsevər dövlət olduğunu ortaya qoyur: “2016-cı ilin aprelində Azərbaycan ordusu hücum etməmişdi, təxribata cavab vermişdi. Bu, Azərbaycanın gücünü bir daha ortaya qoydu ”.

O bildirib ki, əvvəl-axır bu münaqişə sülhlə qurtaracaq: “Azərbaycan hər zaman davamlı sülhün tərəfdarı olub. Xalqların bir yerdə yaşamasına gəlincə, xatırladım ki, bu gün Bakıda 30 min erməni yaşayır. Lakin kim deyə bilər ki, Ermənistanda bir azərbaycanlı yaşayır. Odur ki, xalqların bir yerdə yaşamasını ermənilər dərk etməlidirlər. Çünki Azərbaycanda bununla bağlı problem yoxdur. Ermənistanda hakimiyyətə gələn təzə rəhbərliklə bağlı elə fikir formalaşdı ki, guya nəsə etmək istəyir. Ancaq görürsünüz ki, ortada heç nə yoxdur. Əgər sülh bir müddətdən sonra çat verəcəksə, olmasa yaxşıdır”.

Vitse-spiker bildirib ki, sülh müqaviləsindən sonra Ermənistan Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrə qoşula bilərdi: “Ancaq Ermənistan rəhbərləri, cinayətkarlar bunu istəmədi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Milli-Məclis   Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin