Erməni gəncləri hərbi xidmətdən niyə yayınır? - Daha bir nəfər həbs edildi

2019/05/zinvo-1558696618.jpg
Oxunub: 13481     16:36     24 May 2019    
Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta tibb sənədlərindən istifadə etməklə müddətli hərbi xidmətdən yayınma üzrə növbəti hal aşkarlanıb və həmin şəxs həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 2019-cu il mayın 17-də sənəd saxtalaşdırılması, hərbi xidmətdən yayınma, xidmətə səhlənkar münasibət maddələri üzrə Ermənistan Müdafiə Nazirliyinin Abovyan rayon hərbi polis şöbəsində cinayət işi açılıb. Həmin gün Kotayk vilayətinin Hrazdan şəhərinin 2000-ci il təvəllüdlü sakini törətdiyi cinayətdə ittiham edilərək həbs edilib.

Mayın 20-də ilkin istintaq araşdırma orqanında toplanmış sənədlər hərbi istintaq Baş idarəsinin 4-cü qarnizon istintaq şöbəsinə göndərilib. Araşdırma nəticəsində sənədlərin saxtalaşdırılması yolu ilə hərbi xidmətdən yayınan erməni hərbi qulluqçu ittiham olunan şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib və 2 ay müddətinə həbs olunub.

Qeyd edək ki, saxlanılan şəxs Dərəçiçək (Tsağkadzor) şəhərinin sabiq meri Qarun Mirzoyanın 19 yaşlı oğludur.

Cinayət işi üzrə ilkin istintaq araşdırması davam edir.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin