Erməni hərbi qulluqçularına veriləcək sabun Gümrü bazarlarında satılır - FOTO

2019/05/14418-1558696218.jpg
Oxunub: 812     17:18     24 May 2019    
“Gümrü bazarlarında Ermənistan Müdafiə Nazirliyinə məxsus sabunların 1 ədədi 100 drama satılır”

Ordu.az xəbər verir ki, bu barədə Gümrüdə fəaliyyət göstərən jurnalist Anahid Simonyan “Facebook” səhifəsində yazıb.

Erməni jurnalistin yazdığına görə, satılan sabunların üzərində “Müdafiə Nazirliyi” sözləri yazılıb.

“Gümrü bazarından sabun almaq istəyərkən gördüklərimə peşman oldum və almaq fikrindən daşındım. Hələ də, ermənilərin içərisində dəyişmək istəməyənlərin olduğunu düşünürəm. Belələrini heç bir hakimiyyət, heç bir inqilab dəyişməyəcək. Belələrini yalnız məzar dəyişə bilər. Gümrü bazarlarında Ermənistan Müdafiə Nazirliyinə məxsus sabunların 1 ədədi 100 drama satılır”, - deyə o qeyd edib.

Simonyan həmkarlarını bu məsələyə müdaxilə etməyə və şəkilləri paylaşmağa çağırıb.

“Bunu satan məsələni dərk edib sabah bazara satışa çıxarmaya bilər. Sabunlar “Korona” ticarət mərkəzi yaxınlığında, açıq havada satılır. Satıcı mənə dedi ki, bunlar satışa yararlıdır”, - deyə erməni jurnalist qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Oğurluq   Sabun  

Erməni hərbi qulluqçularına veriləcək sabun Gümrü bazarlarında satılır - FOTO

2019/05/14418-1558696218.jpg
Oxunub: 813     17:18     24 May 2019    