Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Daşnaksütun partiyasının büro sədri Armen Rüstəmyan deyib.
Onunu dəyərləndirməsinə görə, aprel döyüşlərində ermənilər tərəfindən xəyanətkarlar olması barədə bəyanatlar həddindən artıq təhlükəli ola bilər.
“Şübhəli olsa da, bu Azərbaycana birbaşa hədiyyədir. Azərbaycan 2016-cı ildə yüksək tribunalardan aydın şəkildə deyirdi ki, biz hücum etməmişik, biz hücumu dəf etmişik. Biz isə deyirik ki, ərazilərin qaytarılması üçün hücum edərkən, xəyanətkarlıq baş vermiş ola bilərdi. Bu, o deməkdir ki, hücum edən Azərbaycan deyil, biz onu hücum etməyə təşviq etmişik. Bu bəyanatdan sonra bunun altından necə çıxa bilərik”, - deyə Rüstəmyan bildirib.
O, aprel döyüşlərindən sonra dəfələrlə məsuliyyətə cəlb edilməli adamlar olduğunu, bundan əlavə 3 istiqamətdə araşdırılmanın aparılmasının zəruriliyini qeyd edib.
“İstintaq prosesi bizə qarşı istifadə oluna biləcək çərçivədə aparılmamalıdır. Bu çox təhlükəli müdafiə və təhlükəsizlik ilə bağlı məsələdir. Dövlət sirrləri ola bilər. Qaşını düzəltdiyimiz yerdə gözünü vurub çıxara bilərik. Ölkədə düşmən axtarmaq olmaz. Əgər belə bir düşmən varsa, danışmaq əvəzinə onları ifşa etmək lazımdır.
Hazırkı vəziyyət hamının-hamıya qarşı çıxması deməkdir. Şüphə mühitində siz məni, mən də sizi xəyanətdə ittiham edə bilərəm. Ən yaxşısı xəyanətkarları səssizcə ifşa etməkdir. İctimailəşdirildiyi halda xəyanətkarlar qaça bilərlər. Hansı xəyanətkar evdə oturaraq, onu gəlib tutmaqlarını gözləyər?”, - deyə Rüstəmyan ölkədə hamıdan şübhələndiyini vurğulayıb.
Alpər Mövludoğılu
Ordu.az