Ermənistandan hansı ölkələrə raket mərmisi ixrac edilib? – ƏTRAFLI

2019/05/58926-1558693902.jpg
Oxunub: 3448     14:28     24 May 2019    
Keçən il Ermənistandan döyüş tipli qeyri-silah, 240 ədəd tapança ixrac edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan dövlət gəlirləri komitəsinin rəsmi səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, keçən il Ermənistandan döyüş tipli qeyri-silah, 240 ədəd tapança ixrac edilib. 2017-ci ildə isə 65 ədəd tapança ixrac edildiyi bildirilir. Bu əmlakın gömrük dəyəri 122 min dollar təşkil edib.

Rəsmi sənədlər əsasında ixrac edilən mallardan başqa Ermənistandan 815 kq bomba, raket mərmisi ixrac edilib ki, onların da gömrük dəyəri 172 min dollar təşkil edib. 2017-ci ildə eyni ixracatın 57 kq təşkil etdiyi qeyd olunub.

Məlum olur ki, Ermənistandan silah, bomba ixracı Çin, Rusiya, Almaniya, Bosniya və Herseqovina kimi ölkələrə edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin