Ordu.az xəbər verir ki, “Facebook”da yayılan bu məlumata əsasən, Ermənistan Baş nazirin hərbi xidmətdə olan oğlu Aşot Paşinyan Qarabağdan Sovetaşen adlanan yaşayış məntəqəsinə köçürülüb.
Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, tezliklə Türkiyədə hərbi əməliyyatlar başlayacaq və Paşinyan buna görə, oğlunu Ermənistana gətirib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsun Hovhannsiyan bildirib ki, hərbi qulluqçuların qulluq dövründə müxtəlif bölgələrə yerləri dəyişdirilir.
“Hərbi qulluqçular müxtəlif kurslar, toplanışlar məqsədi ilə müxtəlif yerlərə köçürülə bilərlər. Hər şeyi şərh etməyə ehtiyac yoxdur. Sovetaşen yaşayış məntəqəsində daimi xidmət hərbi hissəsi dislokasiya olunmur”, - deyə Hovhannsiyan Paşinyanın oğlunu müdafiə etməyə çalışıb.
Alpər Mövludoğlu
Ordu.az