"İranı bombardman etsələr də, təslim olmayacağıq" - Ruhani

2018/08/5345]_1534839400.jpg
Oxunub: 25980     09:41     24 May 2019    
“Yaxın Şərq dövləti ərazisinin bombarmanlara məruz qalacağı təqdirdə təslim olmayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

Onun sözlırinə görə, ölkəsi iqtisadi müharibəni yaşayır və burada ictimai rifah hücuma məruz qalır.

"Bu gün bizə mətanət lazımdır, düşmənlər dərk etməlidir ki, bizim ürəklərimizdə ümidsizliyə yer yoxdur. Bu gün İran üçün sarsılmazlıq vacibdir. Hətta əgər İran ərazisinə atəş açsalar da, respublika sakinləri öz hədəflərinin - müstəqilliyin və böyüklüyün ardınca getməyə davam edəcəklər”, - deyə Ruhani qeyd edib.

Daha öncə İran prezidenti bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Həsən-Ruhani   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin