Müdafiə Nazirliyi: Ermənistanın bütün ərazisi nəzarət altındadır

2019/05/9c777-1558627173.jpg
Oxunub: 30934     18:25     23 May 2019    
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirib.

Müdafiə Nazirliyindən Ordu.az-a daxil olan məlumata əsasən, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir.

"Nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır",- deyə nazirlik bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   MN  


Bizi "telegram"da izləyin