Hərbi orkestr, musiqili intizam, Azərbaycan hərb musiqisi sənəti

2019/05/ADRdu-3117222964.jpg
Oxunub: 1520     16:12     23 May 2019    
Tarixdə ilk dəfə mütəşəkkil ordular yaradılıb müharibələr baş verəndə belə, sərkərdələr anlayırdılar ki, savaşa girən döyüşçünün ruhuna qeyri-adi, kənar bir dəstək lazımdır. Bu nə ola bilər? Ölüm-dirim mübarizəsində qılınc tutub-küşk çalan cəngavərə kənardan necə ruh vermək olar? Yəqin ki, bu cavabın tapılması əsrlərin təcrübəsindən sonra mümkün olub: Musiqi… Daha doğrusu, döyüş musiqisi…

Ta qədimdən indiyədək bərqərar olan bütün orudlarda müxtəlif növ musiqi alətlərindən istifadə olunub. Bunlardan ən qədimi isə təbil-daha çox, baraban kimi tanıdığımız zərb musiqi alətidir. Qədim Mesapotomiya ərazisində aparılmış qazıntılar zamanı bizim eradan əvvəl 6-cı minilliyə aid silindirəbənzər musiqi alətinin qalıqları aşkarlanıb. Eləcə də, Yer kürəsinin, demək olar ki, hər tərəfində aparılan arxeoloji qazıntılar zamanı buna oxşar müsiqi alətlərinin qalıqlarına rast gəlinib. Hamısı da bizim eradan əvvəlki minilliklərə aiddir. Qazıntılardan tapılan bu musiqi alətlərinin adı məlum olmasa da, bütün dünya tərəfindən qəbul edilən, mənşəcə türk sözü olan “baraban” kimi adlandırılıb.

İlk hərbi orkestr…

Dünya ordularında ilk hərbi orkestrin yaradılması faktı türklərə məxsusdur. 14-19-cu əsrlərdə Osmanlı Ordusunun əsas hissəsi hesab edilən Yeniçəri (Avropa xalqlarının müsəlmanlaşdırılmış uşaqlarından ibarət yeni döyüşçü) qoşunu yaradıldıqdan sonra, 1362-ci ildə onun tərkibində zurna, boru, gərənay, davul, nağara, təbil və zınqırovlu qaval kimi musiqi alətlərindən ibarət hərbi orkestr yaradılır. Hərbi Orkestr dövlət əhəmiyyətli statusa malik idi və həmişə Sultanın yanında olur, rəsmi dövlət tədbirlərində, təntənəli mərasimlərdə iştirak edirdi. Bununla da dünyada hərbi orkestr mədəniyyətinin təməli qoyulur və bu xidmət növü bütün dünya ordularında tətbiq edilməyə başlayır. Artıq 18-ci əsrdə hərbi orkestrlərdə fleyta, klarnet, horn, truba, valtorna və litavra adlandırılan böyük barabanlardan istifadə edilməyə başlandı.

Döyüş musiqilərinin mənşəyi…

Hərb musiqisi əsrlər boyu döyüşlərdə düşməni qorxutmaq və ya döyüşçüləri ruhlandırmaq üçün istifadə olunub. Bununla yanaşı, hər bir dövlətin ordu idarəçiliyi, ordu sıralarının nizam-intizama alışdırılması, intizam tədrisi, əsgərlərin və zabitlərin hərbi və estetik tərbiyəsi, ən nəhayət, insanların vətənpərvərlik tərbiyəsinə xidmət edən musiqidir.

Hərb musiqisinin əsas janrı marşdır (sıra, görüş, yürüş marşları və s.). Marş Qərb musiqi termini kimi Şərq ölkələrinin musiqi terminologiyası lüğətlərinə də nüfuz edib. “Marş” sözü demək olar ki, bütün Avropa xalqlarının dilində eynidir, musiqidə fransızca “marche” [marş] (yürüş) və italyanca “Marcia” [marça] (irəliyə hərəkətlə addımlamaq) sözlərinə əsaslanaraq, ümumi qəbul olunmuş termindir. Bir musiqi janrı kimi, marş ilk öncə, instrumental musiqidə orduda döyüşçü sıralarının hərəkəti, təntənə və zəfər yürüşlərini nizamlamaq zərurətindən əmələ gəlib. Bu musiqi termini öz kökünü hansı sözdən götürür?

Cavab çox sadədir: Mars planeti. Marş sözü qədimdən bəri astronomik inanclarla sıx bağlıdır. Marş sözünün kökü Mars planetinin adından qaynaqlanır. Çünki Mars əzəldən Döyüş İlahı, Döyüşçü Kişini təcəssüm etdirir. Qədim Romanın əsas Allahlarından biri Mars idi, sonradan, qədim yunan mifologiyasına Ares adı ilə nüfuz etmişdi. Roma təqviminin 1-ci ayında Qışın qovulması mərasimlərinin keçirilməsi sonradan Mart ayının adının meydana çıxmasına səbəb oldu.

Azərbaycan döyüş musiqisi…

Azərbaycan hərb mədəniyyətində də hərbi musiqinin özünün müstəsna yaranma tarixi və inkişaf mərhələsi var. Ən azından “Cəngi” və başqa bu kimi mahnıları misal göstərmək mümkündür. Cəngi! Azərbaycan musiqi mədəniyyətində xüsusi çəkiyə və əhəmiyyətə malik bu musiqi Mars məbədində kahinlərin oynadığı rəqsdirmi? Pəhləvanların “Cəngi” sədaları altında əllərində tutduqları Səng həmin qədim əsatirlərdəki qalxanlardırmı?

Azərbaycan dilində “Cəngi” rəqsinin adının mənşəyi bu günə qədər yerli dilçi mütəxəssislər tərəfindən tam açıqlanmasa da, bir çox musiqi nəzəriyyəçilərimiz tərəfindən müxtəlif fikirlər yürüdülüb. Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndə “Cəngi” qəhrəmanlıq və cəngavərlik ruhunu ifadə edən gümrah və şən musiqi əsəri (Qeyd: rəqs yox,əsər!) kimi ifadə olunur. “Cəngi” pəhləvanlar yarışında da (pəhləvani), cıdır yarışlarında da çalınır və bir qayda olaraq, zurnaçılar dəstəsi tərəfindən ifa olunur.”

Zemfira Səfərova da S.Urməvi, Ə.Marağayi və M.M.Nəvvabın risalələri əsasında tərtib etdiyi "Qədim Azərbaycan musiqi terminləri lüğəti"ndə də Əfrasiyab Bədəlbəylə həmfikir olduğunu qeyd edir.

Abbasqulu Nəcəfzadə isə özünün daha çox şəxsi nəzəriyyəsinin yer aldığı "Çalğı alətlərimiz" adlı kitabında "Cəng" sözünün dilimizə fars dilindən keçməsi və "vuruş, döyüş, dava" mənalarını verdiyini vurğulayır. Özü də bu sözü həm də yataq sazlar ailəsindən olan cəng alətinə də aid edir. Halbuki, həmin Cəng adının kökü qədim Türk dilində, türk ləhcələrində və Çin dilində tamam başqa cür izah olunur. Onu da qeyd etmək yerinə düşər ki, cəng musiqi alətinin Çində də prototipi var və onun adı [zhēng] / [c(j)ıanq], tələffüzlə bərabər, alətin forması və quruluşu ilə demək olar ki, eynidir.

XIX əsrdə yaşamış Avropa filoloqu və şərqşünası Maks Müller türk və Qafqaz dillərini aid etdiyi "Turan dillər ailəsi" nəzəriyyəsini irəli sürub və Çin dilini bu ailəyə aid edib. Deməli, Azərbaycan dili həm Türk, həm də Qafqaz dillər qrupuna daxil olmaqla yanaşı, Çin dili ilə də ortaq nöqtələrə malikdir. Çin musiqisində [Zhàngē] / [c(j)ənqı] kimi bilinən bu musiqi termini eynilə hərbi ruhlu musiqi əsərlərini, hərbi marş və əxlaqi-tərbiyəvi, vətənpərvər döyüş mahnılarını təcəssüm etdirir. Çin dilində bu söz iki müstəqil sözün birləşməsindən əmələ gəlib. Birinci söz-[zhàn] ,yəni [cən] Çin dilində əvvəllər ov, ovçuluq bildirsə də, sonradan döyüş, savaş mənası daşımağa başlayıb. İkinci söz [ge]/[qı] olub, iki mənada işlənir: 1) isim-mahnı,nəğmə 2) fel-mahnı oxumaq. Söz ilkin olaraq, eləcə, mahnı oxumaq mənasını daşıyırdı.

Cənginin kökündə duran [zhàn] "Cən" sözünə "Döyüşən dövlətlərin strategiyası" [zhàn guó cè]/ [cən quo tsı]) adlı qədim Çin mətnlərində rast gəlinir. Həmin mətnlər "Döyüşən dövlətlər dövrü"ndə e.ə. V-III əsrləri əhatə edir. Bu isə o deməkdir ki, qədim Azərbaycan musiqisi olan “Cəngi”nin tarixi bizim eradan çox-çox əvvələ təsadüf edir.

Azərbaycan Ordusunda hərbi orkestr

1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin silahlı qüvvələri həmin ilin sentyabrın 15-də Bakını erməni daşnaklarından təmizləyir və 1919-cu ildə Bakıda Cümhuriyyət Ordusunun ilk hərbi paradı keçirilir.

Həmin paradda təntənəli keçidi təkmilləşdirilmiş və modern milli hərbi orkestr müşayiət edir. Cəmi bir il sonra Azərbaycanı işğal edən Sovet hökumətinin bərqərar olduğu illərdə milli hərbi orkestr sıradan çıxarılır.

1991-ci ilin ilin oktyabr ayının 9-da Azərbaycanda “Milli Özünümüdafiə Qüvvələri Haqqında” qanun qəbul edilir. Beləliklə, yenidən Azərbaycan Milli Ordusunun təməli qoyulur. Təxminən on ay sonra, 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin yaradılmasına qərar verilir.

21 il Sovet Hərbi Donanmasının müxtəlif birləşmələrində hərbi orkestr rəisi və drijor kimi xidmət edən polkovnik-leytenant Yusif Axundzadə 1992-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Orkestr Xidmətinin rəisi təyin edilir.

Həmin illərdə Bakını tərk edən Sovet Ordusunun Xəzər Dəniz Hərbi Donanması və başqa hərbi birliklər özlərinə məxsus bütün hərbi musiqi alətlərini və avadanlıqları aparırlar.

Yeni yaradılan hərbi orkestri qurmaq və mütəşəkkil şəkilə salmaq ağır zəhmət tələb edirdi.

İlk müstəqillik paradı

Cəmi üç aydan sonra - 1992-ci ilin oktyabr ayının 9-da “Azadlıq” meydanında Müstəqi Azərbaycanın Milli Ordusunun ilk hərbi paradı keçirilir. Yarandığı qısa müddətə rəğmən, hərbi orkestr bu təntənəli keçidi layiqincə müşayiət edə bilir.

Əlahiddə Nümunəvi Orkestrin rəisi general-mayor Yusif Axundzadə: “Azərbaycan yenicə müstəqillik qazanmışdı. Sovet Ordusu daha yox idi. Köçüb gedəndə hər şeyi özləri ilə aparmışdılar. Hətta musiqi alətlərini belə. Ölkəmiz milli ordu formalaşdırırdı. Hər bir işi yenidən başlamalı olurduq. Mən də öz öhdəmə düşən işi görməli idim. İlk olaraq, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrini yaratdım. Milli Orduya aid hərbi geyimimiz yox idi. Sovet ordusundan qalma köhnə hərbi formanı geyinirdik. Musiqi alətlərimiz çatmırdı. Bir dəfə Türkiyə Cümhuriyyətinin prezidentini qarşılmağa hazırlaşırdıq. Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi məşq etdiyimiz zala gəldi. Geyimimizi, musiqi alətlərimizi görüb çox təəccübləndi. Narahatlıqla “Siz bu cür təhcizatla belə çətin işin öhdəsindən necə gələcəksiniz?” deyə soruşdu.

- Narahat olmayın, tədbirdə görəcəksiniz, dedim.

Prezidentin qarşılanma tədbirindən sonra həmin attaşe bizə yaxınlaşıb minnətdarlıq etdi.

Bir müddətdən sonra isə bizə Türkiyədən bir neçə musiqi aləti və parad geyim forması göndərildi. Bunu həmin attaşe təşkil eləmişdi. Bu sonralar da bir müddət davam elədi”.

Yeni yaradılmasına baxmayaraq, Əlahiddə Nümunəvi Orkestr Azərbaycana gələn xarici ölkə rəhbərlərinin dəfələrlə diqqətini cəlb edir, ali qonaqlar öz ölkələrinin himnlərini yüksək səviyyədə ifa etdiyinə görə, bu kollektivə minnətdarlıq edirlər. Hətta bir dəfə Amerika Birləşmiş Ştatlarının səfirliyində keçirilən tədbirdə Azərbaycan Əlahiddə Nümunəvi Orkestri ABŞ-ın Dövlət Himnini ifa edir. Uzun illərdən sonra Azərbaycana yenidən səfərə gələn Amerika ordusunun zabiti, kapitan D. Braund Amerikanın dövlət himinin səsyazmasını özü ilə Bakıya gətirir və Yusif Axundzadəyə təqdim edib deyir: “Sizin orkestr ABŞ-ın dövlət himnini daha möhtəşəm ifa edir, nəinki bizim hərbi orkestr”.

Nizam-intizamda hərbi musiqinin rolu

Ömrünün 49 ilini ordu sıralarında xidmətdə keçirmiş general-mayor, xalq artisti, professor Yusif Axundzadə deyir ki, hərbi orkestrlər təkcə orduda hərbi musiqiləri ifa etmək üçün deyil. Bu xidmət həm də orduda nizam-intizamın, təlim-tədrisin mütəşəkkiliyini təmin etmək üçün vacibdir:

“İkinci Dünya müharibəsi illərində almanlara qarşı döyüşdə adam çatışmazlığına görə orkestrlərin qulluqçularını döyüşə göndərirlər. Bu məsələdən Stalin xəbər tutur və göstəriş verir ki, nə olur olsun, hərbi orkestrlərin qulluqçuları döyüşə göndərilməsin. Rus hərb sənətinin ən tanınmış simalarından olan generalissimus Aleksandr Suvorov deyir ki, “hərbi orkestr bir ordunu iki-üç dəfə gücləndirir.

Təsəvvür edin ki, təntənəli keçiddə yüzlərlə, minlərlə adam dəqiqədə 118-120 addım sürətlə eyni anda addımlamalıdır. Sıra gəzintisində isə dəqiqədə 110 addım atmaqla hərəkət edilməlidir. Bunu ancaq hərbi orkestrin və ya iri barabanın yardımı ilə yerinə yetirmək mümkündür. Deməli, hərbi musiqi həm də ordunun nizam-intizamı üçün ciddi əhəmiyyətə malikdir”.

Eyni zamanda, bütün rəsmi dövlət tədbirlərində, rəsmi və diplomatik ali qonaqların qarşılanmasında hərbi orkestrin üzərinə böyük məsuliyyət düşür.

Çox az yenilənən vətənpərvərlik yaradıcılıq nümunələri

Həmsöhbətimiz deyir ki, dövrümüzdə patriotik əsərlərin yazılmasına ciddi ehtiyac var: “Düzdür, hazırda bizim çox yaxşı hərbi ruhlu musiqilərimiz, mahnılarmız, marşlarımız var. Amma yenilərinin yazılması da vacibdir.

Bir dəfə İsveçrənin prezidenti Bakıya gəlmişdi. Biz onun ölkəsinin dövlət himnini o qədər yüksək səviyyədə ifa etdik ki, bizdən, başqa bir musiqi də səsləndirməyimizi xahiş etdi. Sakitcə orkestrə tərəf çevrilib Üzeyir Hacıbəylinin “Koroğlu uverturası”nı çalacağımızı dedim. İfa başa çatdıqdan sonra qonaq xüsusi bir tərzdə bizə təşəkkür etdi. İndi belə möhtəşəm əsərlərin yazılması, demək olar ki, yoxdur. Düzdür, hərbi orkestrdə xidmət etmək üçün gənclər arasında böyük maraq var. Müraciət edənlər çoxdur. Amma gənc bəstəkarlardan heç kim hərbi-vətənpərvərlik mahnıları yazmağa maraqlı deyil.”

Müasir hərbi filmlərdə musiqi…

Son dövrlər Qarabağ müharibəsi haqda çəkilmiş filmlərdə musiqilərin istifadə olunması zamanı mütəxəssislərə müraciət olunub-olunmaması ilə bağlı sualımıza cavab verən hərbi orkestr rəhbəri deyir ki, təcrübədə belə bir şey yoxdur ki, hərbi mövzularda film çəkən rejissorlar bir dəfə də olsun hərbi orkestrə müraciət edələr…

General-mayor Yusif Axundzadənin sözlərinə görə, Azərbaycanda yeni filmlər üçün musiqi yazılmasının özü də başqa bir problemdir. Düzdür, hərbi filmlərdə istifadə edilməsi üçün yetərincə musiqi mövcuddur, amma yaradıcı adamlar bu musiqilərə müraciət etmirlər.

Hərbi Orkestrin konsertinə maraq…

Əlahiddə Nümunəvi Orkestrin kollektivi ölkənin bir çox mədəniyyət-incəsənət ocaqlarında dəfələrlə konsert proqramı ilə çıxış edib. Həmişə də kollektivin çıxışları tamaşaçılar tərəfindən çox yüksək qiymətləndirilib. Hərbi Orkestrin kollektivi arasında yüksək ada və ali mükafatlara layiq görülmüş xeyli sayda incəsənət adamı var. Hərbi orkestrin estrada janrındakı mahnıları həmişə tamaşaçılar və dinləyicilər tərəfindən rəğbətlə qarşılanır.

Kollektivin dünyanın müxtəlif ordularındakı həmkarları ilə əlaqələri də ən yüksək səviyyədədir.

İndi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri demək olar ki, bütün dünyada çox yaxşı tanınır.

Bununla yanaşı, bu kollektiv MDB məkanında yeganə hərbi orkestrdir ki, ona general rütbəli şəxs rəhbərlik edir.

Bütün rəsmi qarşılanma mərasimlərində qonaqların daha çox diqqətini çəkən məqamlardan biri də Əlahiddə Nümunəvi Orkestrin çıxış zamanı püpiterdən (ifa zamanı musiqiçinin not jurnalını rahat görə bilməsi üçün ayaqlı vasitə) istifadə etməməsidir. General-mayor Yusif Axundzadə deyir ki, Bakı küləklər şəhəri olduğundan çox vaxt tədbirlər zamanı hava küləkli olur, buna görə də püpiterin küləyin gücünə tab gətirə bilməməsi hallarına rast gəlir və alət aşır. Onda da ifaçının diqqəti yayınır. Tədbirdə bu kimi yardımçı vasitələrdən istifadə etmədən mükəmməl ifa üçün kollektiv ciddi şəkildə hazırlaşır, məşqlər edir.

Həm general, həm pedaqoq, həm də professor

Qısa məlumat: General-mayor, xalq artisti, professor Yusif Axundzadə 1946-cı ildə anadan olub. Bülbül adına orta-ixtisas musiqi məktəbini, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (İndiki Musiqi Akademiyası) bitirib. 1970-ci ildə hərbi xidmətə çağırılır. Xəzər Hərbi Dəniz Donanmasının tərkibində mahnı və rəqs ansambılında musiqiçi-matros kimi xidmətə başlayır. Hərbi xidmətini başa vurmağa az müddət qalmış Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral G.F. Stepanov tərəfindən orkestr rəisi vəzifəsini qəbul etmək təklifi alır və razılaşır. 1971-ci ilin iyun ayında SSRİ Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi alır.

Müxtəlif illərdə bir çox mükafata layiq görülür. 1988-ci ilə “Əməkdar İncəsənət xadimi”, 1998-ci ildə “Xalq artisti” fəxri adı alır. 2005-ci ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilir, 2015-ci ildə isə Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə general-mayor hərbi rütbəsi alır.
1995-ci ildən Bakı Musiqi Akademiyasının dossenti, 1999-cu ildə isə professor elmi rütbəsinə yüksəlib.

Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Hərbi orkestr, musiqili intizam, Azərbaycan hərb musiqisi sənəti

2019/05/ADRdu-3117222964.jpg
Oxunub: 1521     16:12     23 May 2019    