Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Praqanın “Azadlıq” radiostansiyasının “Exo Qafqaza” xidmətinin siyasi şərhçisi Vadim Dubnov deyib

O, mayın 14-də Xarici İşlər naziri Elmar Məmmədyarovun Brüsseldə erməni jurnalistlərlə söhbətini şərh edərkən bilirib ki, o, sözügedən açıqlamalarında İranla bağlı məsələlərə işarə edib.
“Azərbaycan Xarici İşlər naziri böyük ehtimalla, İran ətrafında yaranan gərgin vəziyyəti nəzərdə tutub. Yəni ABŞ-İran qarşıdurmasını nəzərdə tutmaqla bölgədə yaranacaq qeyri-sabit vəziyyətin İranın qonşusu Azərbaycana və Ermənistana da təsir edəcəyini demək istəyib.
Erməni-gürcü sərhəddində təhlükə yaranması barədə hər hansı əlamət yoxdur. Azərbaycan Xarici İşlər nazirinin İranla sərhəddi nəzərdə tutduğunu ehtimal edirəm. Söhbət ABŞ sanksiyalarından gedir, yəni Məmmədyarovun ehtimalına görə, ABŞ İrəvanın da bu sanskiyalara qoşulmasını təklif edəcək”, - deyə Dubnov bildirib.
Onun sözlərinə görə, ABŞ İrana qarşı öz hazırlıqlarında daim incəliklərə diqqət ayırıb, o cümlədən Bakıya qarşı da diqqətlə yanaşaraq, onu çıxılmaz vəziyyətdə qoymamaq, İranla Azərbaycanın münasibətlərini korlamamağa çalışıb.
“Ermənistana gəldikdə isə bu yanaşmanı göstərməyəcək”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, mayın 14-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistlərə açıqlamasında Ermənistana qarşı həyata keçirilən təcrid siyasəti haqqında danışarkən qeyd edib ki, tezliklə İrəvanın üçüncü qonşusu ilə də sərhəddi bağlanacaq.
Alpər Mövludoğlu
Ordu.az