Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə zərərçəkənin nümayəndəsi, vəkil Ara Qaragözyan bildirib.
Hansı qərarın qəbul edildiyi hələ məlum olmasa da, Qaragözyan əmindir ki, cinayət işinə xitam veriləcək. Çünki cinayət işini əvvəlcədən araşdırmağa ixtiyarı olmayan orqan edib. Bu şöbənin 4 il əvvəl cinayət işinə xitam verən orqan olduğu qeyd olunur.
Ara Qaragözyan bildirib ki, 2015-ci ildə Aqarak yaşayış məntəqəsindəki hərbi hissədə Artur Hakopyana qarşı işgəncə və qəddar münasibət göstərilib. Nəticədə onun psixoloji sağlamlıqla bağlı problemləri ortaya çıxıb. Hadisə ilə əlaqədar 2016-cı il noyabrın 13-də Ermənistan İstintaq Komitəsinin hərbi istintaq Baş idarəsinin 9-cu qarnizon istintaq şöbəsində Ermənistan CM-nin müvafiq maddəsinə uyğun tabeliyindəkinə qarşı zorakılıq hərəkətinə yol vermək və ya bunu törətməyə təhdid etmə maddəsi üzrə cinayət işi açılıb.
Artur Hakopyan zərərçəkən tərəf kimi tanınıb. Lakin qısa vaxtdan sonra açılan cinayət işinə xitam verilib. Zərərçəkənin vəkili məhkəmənin qərarları ilə əlaqədar yuxarı istansiya orqanlarına şikayət ərizəsi təqdim edib. Məhkəmə orqanları şikayət ərizəsini rədd ediblər.
Artur Hakopyan ona işgəncə verməkdə öz komandiri Civan Mkrtçyanı ittiham edirdi. Əvvəlki məhkəmələr dövründə üzləşmə keçirilməsə də, indiki araşdırma zamanı üzləşmə keçirildiyi bildirilir. Lakin ilkin istintaqın sirlərindən irəli gələrək, ifadənin nəticələri açıqlanmır. Civan Mkrtçyanın başqa daha 2 nəfərlə də üzləşdirildiyi bildirilir. 4 illik üzləşmə prosesinin keçirilməsi nəhayət sona çatıb. İşgəncə verilməsi faktının aşkarlanması üçün səmərəli ilkin istintaq aparılmadığı iddia olunur.
Cinayət işi yenidən açıldıqdan sonra müstəntiq və Gorus qarnizonu prokuroruna vəsadət verilib ki, cinayət işi səhv maddə üzrə aparılır. Lakin vəsadət ərizəsi rədd edilib. Əgər müstəntiq və hərbi prokuror düzgün araşdırma aparsaydı, Civan Mkrtçyana qarşı mütləq ittiham irəli sürülməli idi. Lakin indiyə qədər Civan Mkrtçyan şahid qismində çıxış edir. İlkin istintaq başa çatmamışdan öncə vəkil Qaragözyan Ermənistanın Baş prokuroru Artur Davtyana müraciət edib.
O, Baş prokurordan müstəntiq və prokuroru işin araşdırılmasından kənarlaşdırmağa və cinayət işinin araşdırılmasını İrəvana göndərməyi xahiş edib.
Alpər Mövludoğlu
Ordu.az