Naxçıvan Qarnizonu qoşunlarında silsilə tədbirlər keçirilib - FOTO

2019/05/15172-3115113326.jpg
Oxunub: 5463     11:01     11 May 2019    
Təlim-Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr edilən tədbir keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a verilən xəbərə görə, tədbirdə Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov və digərləri bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb.


Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda ən güclü orduya malikdir. Fəxrlə deyə bilərik ki, ordu sıralarında xidmət edən gənclərimiz ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan qarnizonu tam orta məktəbinin və Naxçıvan şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər deyib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Yaradıcı əsgərlərdən ibarət bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin