“MOİK” futbol komandası birinci divizionun qalibi olub - FOTOLAR (VİDEO)

2019/05/08917-1557516217.jpg
Oxunub: 24203     21:41     10 May 2019    
Mayın 10-da Azərbaycan futbol çempionatının I Divizionunda mövsümün sonuncu 26-cı turunun oyunları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, “Lökbatan” Olimpiya İdman Kompleksinin stadionunda keçirilən son görüşdə Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) “Sabah-2” komandası ilə qarşılaşıb.


Oyun boyu üstünlüyə sahib olan hərbçilər matçın 41-ci dəqiqəsində Raul Yaqubzadənin penaltidən vurduğu qolla qələbə qazanıblar. Beləliklə, mövsüm ərzində keçirdiyi oyunlarda 21 dəfə meydanı qalib kimi tərk edən MOİK 65 xalla divizionun çempionu olmaqla Azərbaycan peşəkar futbol klublarının çıxış etdiyi Premyer Liqaya vəsiqə qazanıb.


Oyun başa çatdıqdan sonra Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qalibləri medallar və kubokla mükafatlandırıblar.
Qeyd edək ki, MOİK son dəfə yüksək liqada 2010/11 illər mövsümündə çıxış edib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   MOİK  


Bizi "telegram"da izləyin