Təxribatçı erməni hərbi qulluqçunun vəziyyəti sabitdir

2019/05/15041-1557489390.jpg
Oxunub: 22084     15:55     10 May 2019    
“21 yaşlı hərbi qulluqçu Aqanik Zoroqlyanın vəziyyəti sabitdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan bildirib.

O qeyd edib ki, yaralanan erməni hərbi qulluqçu hazırda İrəvandakı Muratsan hərbi hospitalındadır və səhhətində dəyişiklik yoxdur.

Xatırladaq ki, 4 may 2019-cu il mayın 4-də saat 16:05 radələrində işğal altında olan Qarabağın cənub şərq istiqamətində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birinin mühafizə zolağında atəşkəsi pozmaqla təxribat törətməyə cəhd edərkən, 1998-ci il təvəllüdlü müddətli xidmət hərbi qulluqçusu Aqanik Zorqlyan başından aldığı odlu silah yarası ilə hospitala təxliyyə edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin