"Ermənistan ordusunda maarifləndirici işin aparılmasını zəruridir" - Bağdasaryan

2019/05/456-1557483834.jpg
Oxunub: 13552     18:23     10 May 2019    
“Bu cür halların qarşısının alınması üçün orduda, şəxsi heyət arasında maarifləndirici işin aparılmasını zəruridir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin hərbi polis rəisi, polkovnik Artur Bağdasaryan Meğridəki hərbi hissədə baş verən hadisələrlə bağlı danışarkən deyib.

Meğridəki hərbi hissədə baş verən hadisəyə səbəb kimi hərbi polisin qüsurlarının olmasına gəldikdə isə Bağdasaryan qeyd edib ki, bunların qarşısının alınması üçün hərbi hissə komandanlıqları ilə sıx əməkdaşlıq edilir.

“Bu cür halların qarşısının alınması üçün orduda, şəxsi heyət arasında maarifləndirici işin aparılmasını zəruridir. Nizam-intizamı pozan hərbi qulluqçular olduqda, tədbirlər görülməsi üçün hərbi hissə komandanlığı ilə birgə iş aparılılır” , - deyə o əlavə edib.

Xatırladaq ki, Ermənistanın Meğri hərbi hissəsində dislokasiya olunan hərbi hissənin bir qrup əsgərləri martın 17-də etiraz əlaməti olaraq hərbi hissəni özbaşına tərk edib.

Bundan sonra bir qrup erməni hərbi qulluqçu işğal altında olan Qarabağ və Ermənistan ərazisindəki ön xətt hərbi hissələrə göndərilməklə xidmət yerləri dəyişdirilib.

Baş vermiş hadisə ilə bağlı Ermənistan CM-nin iki maddəsi, hərbi xidmətdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya fəaliyyətsizlik olmaqla cinayət işi açılıb. Cinayət işi üzrə 5 hərbi qulluqçuya və hərbi hissə komandirinə ittiham irəli sürülüb. Hərbi hissə komandirinin səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Meğri   Özbaşınalıq  


Bizi "telegram"da izləyin