Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
O bildirib ki, hazırda bununla bağlı planlı şəkildə işlər görülür: "Cənab Prezidentin tapşırığına əsasən, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində müvafiq işlər görülür.
Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər bir aydan sonra müasir evlərlə təmin olunacaq. Düşünürəm ki, təxminən il yarımdan sonra artıq biz Bakının bir neçə rayonunun adını çəkə biləcəyik ki, hansılardakı bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaq.
Digər planlar da var. Onlar barədə dövlət başçısı tərəfindən tapşırıq verilib. Qəzalı binalarla bağlı müvafiq işlər görülür".
Ordu.az