Naxçıvanda hərbi qulluqçular arasında atış birinciliyi keçirilib

2019/05/15125-1557425131.jpg
Oxunub: 27944     22:03     09 May 2019    
Naxçıvan Qarnizonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hərbi qulluqçular arasında atış birinciliyi keçirilib.

Ordu.az xəbər verir ki, 9 mm-lik PM tapançasından keçirilən atış birinciliyində Naxçıvan Qarnizonu üzrə 24 komandadan 72 hərbi qulluqçu iştirak edib.

Qadın hərbi qulluqçuların da mübarizə apardığı birincilikdə komanda hesabında 1-ci və 2-ci yerə motoatıcılar, 3-cü yerə isə xüsusi təyinatlılar layiq görülüb.

Fərdi hesabda 1-ci yerdə polkovnik Tehran Mənsimov, 2-ci yerdə mayor Fərid Süleymanov, 3-cü yerdə isə gizir Elsevər Quliyev qərarlaşıb. Qadınlar arasında ən yaxşı nəticəni gizir Leyla Babayeva göstərib.

Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman və diplomlar təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan-Qarnizonu   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin