Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan, Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında, partiyanın ünvanına səsləndirdiyi ifadələrə münasibət bildirərkən deyib.
Aşotyan bildirib ki, Paşinyanın təmsil etdiyi partiya haqqında danışdıqları onu göstərir ki, o, hələ də Baş nazir ola bilməyib: “Heç kim Ermənistanda Nikol Paşinyan qədər öz nüfuzunu belə sürətlə aşağı salmır”.
Aşotyan, “bu günlərin” ərəfəyə gəlməsində əməyi olan şəxslərə belə hörmətsiz yanaşmanın dövlət xadiminə yaraşan hərəkət olmadığını qeyd edib.
“Şuşanın azad olunması (işğal-red.) əməliyyatını idarə edən şəxs barədə belə danışmaq əxlaqsızlıqdır. Paşinyanın davranışı, Baş nazirin davamını çəkməyə tələsmədiyi məşhur seriallardan birini xatırladır. Paşinyan erməni “Game of Thrones”in birinci sezonunda qalıb. O, bir ildən sonra 2-ci, 3-cü, 4-cü sezonların çəkilişlərinə çəkilməli olduğunu dərk etmir. Baş nazirin “söz-həyata keçirilmiş iş” formatında mətbuat konfransı aparmalı olduğunu anlamıram”, - deyə Aşotyan sözlərinə yekun vurub.
Alpər Mövludoğlu
Ordu.az