Ermənistan MTX xalq arasında sorğu keçirib: Paşinyanın nüfuzu sürətlə aşağı düşür

2019/05/00-46-1557388463.jpg
Oxunub: 17183     13:16     09 May 2019    
Ermənistanda Nikol Paşinyanın nüfuzunun aşağı düşmə prosesi davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Baş nazir Nikol Paşinyanın şəxsi nüfuzunun müəyyən edilməsi üçün ictimaiyyət arasında növbəti sorğu keçirib.

Sorğunun nəticələrinə görə, Paşinyanın nüfuzunun aşağı düşməsi davam edir. Bu dəfə rekord olaraq 34% geriləmə qeydə alınıb.

Cəmi üç ay əvvəl keçirilən sorğuya əsasən, Paşinyanın nüfuzu 30% daha yüksək idi.

Qeyd olunur ki, Paşinyanın nüfuzu bütün təbəqələrdə və yaş qrupları arasında aşağı düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sorğu   MTX   Paşinyan  


Bizi "telegram"da izləyin