Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, şəxsi heyətin nəzəri biliklərini və praktiki vərdişlərini möhkəmlətmək və zərurət olduğu halda tətbiq etmək bacarıqlarını yoxlamaq məqsədilə mayın 7-də Ermənistan ordusunun 4-cü ordu korpusunun idarə heyəti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ermənistanın korpus komandiri general-mayor V. Koçaryan qəfl yoxlamanın nəticələrinə yekun vurarkən, aradan qaldırılması vacib olan nöqsanları diqqətə çatdırıb.
Alpər Mövludoğlu
Ordu.az